Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ruslar Türkiye gemisini hebs etdi – 4 azerbaycanlı da saxlanıldı

15 Eylül 2016

1:40 pm


15/09/2016 [17:38]: xeber –
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi saxlanılıbRusiyanın Qara dəniz sahillərində yerləşən Tuapse limanında içərisində azərbaycanlıların da olduğu, Türkiyənin “Te Trade & Supply Co” şirkətinə məxsus “Aydın” yük gəmisi saxlanılıb. 7 ukraynalı və 4 azərbaycanlıdan ibarət heyət üzvləri özləri Novorossiyskdə Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının müfəttişlərinə müraciət ediblər. Onlar maaşların gecikməsi, pis iş və yaşayış şəraitindən şikayətləniblər. Rusiya Dənizçiləri Həmkarlar İttifaqının məlumatına görə, gəmi sentyabrın 12-də Tuapse limanına yaxınlaşıb. Ərzağı və yanacağı bitmiş gəminin özü isə qəzalı vəziyyətdə olub. Maaşlarının bir neçə ay gecikməsi səbəbindən şirkətin heyət üzvlərinə 22 600 dollar borcu yığılıb. Gəmi Beynəlxalq Əmək Təşkilatının tələblərini pozduğu üçün saxlanılıb. Gəmi heyətinə ərzaq, su və yanacaq verilib. Ukrayna vətəndaşları artıq repatriasiya üçün müraciət ediblər. Şirkət rəhbərliyinin işçilərə maaşları ödəməsi istiqamətində iş gedir.(apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler