Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ruslar Qarabağda Yazıçılar Klubu yaradır…- Avantüra

25 Temmuz 2016

4:00 pm


25/07/2016 [19:56]: xeber –
1990-cı illərin məşhur ermənipərəst həmsədri V.Kazimirovun “ağsaqqallıq” etdiyi  bir tədbirdə Azərbaycanın suverenliyini təhdid edən digər fikirlər də səslənib…Xankəndində erməni uşaqları hazırlaşdırmaq üçün Moskvadan müəllimlər gəlir…“Biz Dağlıq Qarabağda Beynəlxalq Yazıçılar Klubu açmağa hazırlaşırıq…” sayt-ın Rusiya və erməni mediasına istinadla yaydığı xəbərə görə, bu sözləri iyulun 13-də Moskvada məşhur “Arqumentı i faktı” nəşrinin mətbuat mərkəzində keçirilmiş “Dağlıq Qarabağ bu gün: şimaldan baxış” adlı Dəyirmi Masada  Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının üzvü, tanınmış publisist Denis Dvornikov söyləyib.  Rus yazar  hesab edir ki, Qarabağda yaranmış vəziyyətdən sadəcə narahatlıq keçirmək yox, eyni zamanda mümkün vasitələrlə problemin həllinə təsir göstərmək gərəkdir. D.Dvornikov qeyd edib ki, hazırda Xankəndindəki istedadlı erməni uşaqlarla Moskvadan gedən müəllimlər məşğul olur. “Müəllimlərin fikrincə, həmin uşağlar rus dilinə yiyələnmə səviyyəsinə görə artıq Rusiyanın ən yaxşı ali məktəblərinə daxil omağa hazır abituriyentlərdir”-deyə rusiyalı publisist əlavə edib.Dəyirmi Masada ruslar Qarabağ ermənilərinin “mənəvi qələbəsi”ndən danışıblar Qeyd edək ki, tamamilə ermənipərəst abı-havada keçən tədbirdə  1990-cı illərdə   ATƏT-in Minsk Qrupunun Rusiyanı təmsil edən  həmsədri və Rusiya prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi olmuş, Azərbaycanda birbaşa erməni maraqlarını qoriyan biri kimi tanınmış 87 yaşlı Vladimir Kazimirov, Dumanın deputatı Oleq Paxolkov, “Rus-erməni Həmrəyliyi” təşkilatının prezidenti Yuri Navoyan, MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyev, erməni politoloq Areq Qalstyan,  rus politoloqlar Aleksandr Skakov və Andrey Areşev iştirak ediblər. Yuri Navoyanın aparıcılıq etdiyi Dəyirmi Masada aşağıdakı məsələlər müzakirə olunub:-Qarabağ münaqişəsi zonasında  atəşkəs haqqında üçtərəfli razılaşmanın əldə edilməsində Rusiyanın rolu;-2016-cı il 4 günlük aprel savaşından sonra Cənubi Qafqaz regionunda  yaranmış vəziyyət; -Azərbaycan və Ermənistan prezidentlərinin son Vena və Sankt-Peterburq görüşləri  və Qarabağ məsələsinin sülh yoluyla tənzimlənməsi;-“Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə hüququ…İştirakçıların vurğuladığı əsas fikirlərdən biri də bu olub:”Arsaxlılar öz torpaqlarını müdafiə etmək bacarıqlarıyla bütün dünyanı heyran qoydular. Mənəvi üstünlük onlar tərəfdədir…”Göründüyü kimi,  4 günlük aprel döyüşlərindən sonra guya Rusiyanın Azərbaycanı dəstəkləməsi, hətta 2016-cı ilin sonunadək ermənilərin 5 rayonu boşaldacaqları barədə  bəzi rus siyasətçi və politoloqlarının çıxışları fonunda şimal qonşumuz bu və ya digər vasitələrlə Ermənistan və Qarabağdakı işğalçı ermənilərə dəstək verməkdədir.Hikmət Hacıyev rəsmi münasibət bildirmədiMəsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Yazıçılar Birliyinin  münasibətini öyrənməyə çalışdıq.XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bizimlə telefon söhbətində Moskvada sözügedən Dəyirma Masada Xankəndində Yazıçılar Klubu yaratmaq təşəbbüsü və s. kimi  işğalçı  rejimin mövqeyinə uyğun təkliflərlərlə çıxış edənlərin qeyri-rəsmi şəxslər olması səbəbindən XİN-in məsələyə rəsmi münasibət bildirmədiyini söylədi. Bununla belə, hökumət rəsmisi işğal altındakı Azərbaycan torpaqlarında bu və ya digər qeyri-qanuni fəaliyyətlərə qarşı lazımı tədbirlərin davam etdirildiyini vurğuladı. Xəyal Rza: “Yazıçılar Birliyi kəskin münasibət bildirəcək…”AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza Qarabağda Yazıçılar Klubunun yaradılması məsələsinin, çox güman ki, Rusiya dövləti və ya Rusiya Yazıçılar Birliyinin təşəbbüsü ilə ortaya çıxmadığını, ayrı-ayrı fərdlərin oxşar situasiyalarda olduğu kimi, şəxsi təşəbbüsü ilə yönləndirildiyinə əmin olduğunu ifadə etdi. Buna rəğmən müsahibimiz qurum rəhbərliyinə bu barədə məlumat çatdırılacağını və informasiyanın öz təsdiqini tapacağı təqdirdə Azərbaycan Yazıçılar Birliyinin  məsələyə kəskin münasibət bildirəcəyini vurğuladı. Sultan Laçın




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler