Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusla ortaq bazar, ortaq ordu – Ermenistan teleye salınıb

11 Kasım 2016
6:16 am


11/11/2016 [10:15]: xeber –
İşğalçı Ermənistanın iqtisadi, energetik sferasının, bütövlükdə onun olan-qalan iqtisadiyyatının tamamən Rusiyanın nəzarətində olduğu məlumdur. Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bu asılılıq daha da güclənib. İqtisadi asılılıq isə siyasi asılılıq yaradır.Zatən, Ermənistan bu yolu özü seçib. Ərazisini 2047-ci ilədək Rusiyanın icarəsinə vermək və burada rus hərbi  bazalarını yerləşdırmək, Türkiyə və İranla sərhədinin mühafizəsini Moskvaya həvalə eləmək barədə müqavilə də könüllülük prinsipi əsasında olub, zorən yox. Təki, İrəvan Dağlıq Qarabağın, digər Azərbaycan ərazilərinin işğalını rahat davam etdirə bilsin. Ancaq nə vaxtadək? Ermənistan üçün acı gerçək budur ki, 25 illik işğal dövrü həm də onun izolyasiyası ilə müşayiət olunub, iqtisadiyyatı rüşeym vəziyyətindən çıxa bilməyib, ölkə sürətlə boşalmaqda davam edir, xarici sərmayəçilər ölkəyə maraq göstərmir, korrupsiya tüğyan edir və s. Bu da müstəsna olaraq, işğalçı siyasətə dəstək qarşılığında Rusiyanın vassalı, marioneti olmaq kursunun yekunu.Deyəsən, qonşu ölkədə bu fəlakətli siyasətin, Rusiyadan total asılılığın və izolyasiya vəziyyətinin Ermənistanı hara apardığını indi-indi anlamağa başlayıblar. ***Məsələn, tanınmış erməni iqtisadçı eksperti Aşot Yeqizaryan 1in. am saytına açıqlamasnda deyir: “Ermənistanı Rusiya ilə birləşdirən ”göbək ciyəsi” Ermənistanı boğur, o kəsilməlidir ki, rahat nəfəs ala bilək. Ermənistan qarşısında problemlər ilk növbədə xarici xarakter daşıyır və yalnız təcriddən qurtulmaqla o, rahat nəfəs ala bilər… Ölkə izolyasiya şəraitindədir və boğulur. Taleyimizi yalnız Rusiyaya bağlamaq – dalan yoludur”.Onun sözlərinə görə, Ermənistan qlobal bazara inteqrasiya olunmayınca, hər hansı iqtisadi proqramı həyata keçirmək, iqtisadi artımı təmin eləmək mümkün olmayacaq. “Ermənistan dənizə çıxışı olmayan ölkədir. Bu isə iqtisadi cəhətcə cəlbedici olmağı mane olan faktordur. Belə vəziyyətdə yeganə çıxış yolu – kommunikasiyaların işləməsi, dənizə çıxışı olan qonşu ölkələrlə yaxşı əlaqələrin qurulmasıdır. Yaxın aylarda problemlər o dərəcədə qəlizləşəcək ki, fors-major vəziyyətin yaranma ehtimalı böyük olacaq”, – iqtisadçı ekspert xəbərdarlıq edib.Erməni olanda nə olar, düz deyib. Ancaq onun yadına salaq ki, Ermənistanın dənizə çıxışı olan 4 qonşusu var, ikisinin adlını çəkib – İran və Gürcüstan. Yerdə qalan ikisi də Azərbaycan və Türkiyədir, Ermənistanı Qarabağa görə izolyasiyada saxlayan ölkələr. İş də ondadır ki, Ermənistan iqtisadi cəhətcə inkişaf etmək, “rahat nəfəs almaq” istəyirsə, öncəliklə Bakı və Ankara ilə münasibətləri qaydaya salmalıdır. Çünki dənizə çıxışı olan İran və Gürcüstan ermənilərin dərdinə əlac olsaydı, ötən 25 ildə olardı. Axı işğalçı ölkənin bu iki ölkə ilə sərhədlər heç vaxt bağlı olmayıb, indi də bağlı deyil. Demək, əsas məsələ Azərbaycan və Türkiyə ilə dil tapmaqdır. Bundan ötrü isə Dağlıq Qarabağ məsələsində ermənilərin konstruktiv olması əsas şərtdir. İqtisadi böhrandan bu dərəcədə sadə çıxış yolu yəni.***Əfsus ki, Ermənistan rəhbərliyi bu yöndə düşünmək əvəzinə, üstəlik, Rusiyadan hərbi-siyasi asılılığını da gücləndirməkdədir. Nümunə kimi bu yaxınlarda Ermənistan hava məkanının Rusiyanın hərbi hava qüvvələrinin nəzarətinə verilməsini göstərmək olar. İndi isə məlumat yayılıb ki, Rusiyanın Ermənistanla ortaq ordu qurmaq planı gündəmə gəlib. Söhbət “Qafqaz regionunda kollektiv təhlükəsizlik” adı ilə Rusiya-Ermənistan birləşmiş qruplaşmasının yaradılmasından gedir.Lakin məlumatlara görə, bu xəbər heç də erməniləri məmnun etməyib. Başlıca səbəb də odur ki, dinc dövrdə bu qruplaşmanın komandanın erməni olması nəzərdə tutulursa, hərb zamanında o, Rusiyanın Cənub Hərbi Dairəsinə tabe etdirilə bilər. Erməni tərəfi əndişələndirən də müharibə vaxtı ortaq ordudan istədiyi kimi istifadə edə bilməməsi ilə bağlıdır.Əslində məntiqlidir, çünki Rusiya regionda həmişə ermənilərdən, o sırada əli silahlı ermənilərdən öz maraqları naminə bir vasitə, maşa kimi istifadə edib. Rusiya nə vaxt erməninin “ipini” buraxıb ki, indi də buraxsın? Di gəl, Ermənistan yenə böyük iddialarla yaşayır, özünü elə aparır ki, guya bölgədə hansısa söz sahibidir.***İrəvandaki Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru Manvel Sərkisyan hesab edir ki, ortaq hərbi qruplaşma ilə bağlı informasiya ziddiyyətlidir: “Hələ bilinmir ki, bu nə, birləşmə olacaq. Bunun necə təşkil ediləcəyinə və kimin qərar verəcəyinə gəlincə, bu, olduqca mühüm məsələdir. Çünki ortaq hava hücumundan müdafiə sistemi yaradılanda da eyni məsələlər var idi və aydın deyildi di ki, yekun etibarilə bu birləşmələr necə hərəkət edəcək. Prinsipial odur ki, dinc dövrdə idarəçilik bir, müharibə zamanı isə fərqli – Rusiyanın idarəçiliyi nəzərdə tutulur. Halbuki gərək əksinə olaydı. Müharibə vaxtı hər şey Ermənistanın əlində olmalı, yerdə qalanlar isə köməkçi rolda olmalıdır. Amma biz tam başqa bir şey eşidirik: belə çıxır ki, müharibə vəziyyətində olan Ermənistan Rusiya üçün daha böyük önəm kəsb edir və qərarları da onlar qəbul eləməlidir. Bu da təlaş doğurmaya bilməz”.Erməni analitik Kremlin bu niyyətinin arxasındakı səbəbi isə belə izah edib: “Hər şey çox sadədir: Rusiyanın Türkiyə və Azərbaycanla öz münasibətləri var. Moskva üçün bu əlaqələr çox vacibdir. Ermənistan isə Türkiyə və Azərbaycanla əlaqələri nizamlamaqdan ötrü  vur-tut, tərəfdaş, obyektdir. Ermənistan belə görünür ki, Rusiyaya bu imkanı özü yaradır. Ancaq nə dərəcədə bu, bizim milli maraqlarımıza cavab verir – sual həm də budur. Yəni belə çıxmasın ki, Rusiya öz problemlərini Ermənistan hesabına həll edir”.***Əlbəttə ki, məhz elə belə çıxır. Bunun isə günahı erməni ekspertlərinin də etiraf elədiyi kimi, böyük Rusiya ilə təhlükəli ortaq bazar, ortaq ordu qurmaq niyyətinə düşən çırtdan Ermənistanın özündədir. Bu əslində sonuncu üçün qurulmuş növbəti tələdir. Yoxsa ki, Ermənistanın iqtisadiyyatını, xarici sərhədlərini, hava məkanını bütünlüklə öz nəzarətinə götürən Rusiya savaş dövrü üçün erməninin başcılıq edəcəyi ortaq ordu quracaqmış…(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler