Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiyanın qorxduğu tatar – Ahtem Çiygöz

30 Eylül 2016

7:28 pm


30/09/2016 [23:26]: xeber –
Rusiya hökumətinin qərarı ilə həbs edilən Krım-Tatar Məclisinin spiker müavini Ahtem Çiygözün cəza müddəti 8 yanvar 2017-ci il tarixinə qədər uzadılıb.Bu barədə onun vəkili Nikoliy Polozov “112 Ukrayna” televiziyasına açıqlamasında deyib. “Çiygözün həbsdə saxlanılması üçün heç bir səbəb yoxdur. Yanvar ayında onun həbsinin 2 ili tamam olacaq. Bütün bunlar onun siyasi fəaliyyət yürütməməsi üçün edilir. Rusiya hökuməti ondan qorxur və hər kəsdən təcrid etmək istəyir. Məhkəmələri belə onsuz keçirilir”, – Polozov bildirib. Xatırladaq ki, Ahtem Çiygöz hökumət əleyhinə təxribat törətməkdə günahlandırılaraq 2014-cü ilin yanvarın 26-da saxlanılmış və təxminən 1 ay sonra barəsində həbs qərarı verilmişdi.(Axar.az )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler