Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiyanın “İsgender” texribatının arxasındakı qorxunc motiv – Azerbaycanı tesir altında saxlamaq

24 Eylül 2016

7:08 am


24/09/2016 [11:07]: xeber –
İrəvanda nümayiş etdirilən “İsgəndər” komplekslərinin işğalçı Ermənistana, yoxsa Rusiya Silahlı Qüvvələrinə məxsusluğu hələ də qaranlıq qalır. Bəllidir ki, Rusiyanın Azərbaycandakı səfirliyi bununla bağlı yerli KİV-lərdən birinin sorğusuna cavab verməyib və məsələnin Rusiya Xarici İşlər Nazirliyinin (XİN) səlahiyyətində olduğunu bildirib. Öz növbəsində Rusiya XİN öz rəsmisi Mariya Zaxarovanın timsalında yaxasını kənara çəkib və sorğuya Müdafiə Nazirliyinin cavab verməli olduğunu bəyan edib. Rusiya Müdafiə Nazirliyi isə bu günədək susur. Susqunluq isə razılıq əlaməti də sayıla bilər. Lakin istisna deyil ki, Kreml rəsmi Bakının qıcıqlı reaksiyası nəzərə alaraq, konkret mövqe bildirilmir. İkinci yandan, yəqin o da nəzərə alınır ki, belə bir mövqe Ermənistanı da məyus edə bilər – inkar variantında təbii ki (yəni Moskva bəyan eləsə ki, silahlar Gümrüdəki Rusiya hərbi bazasına məxsusdur).               ***Vəziyyət isə həqiqətən ciddidir. Səbəbi isə bir daha ekspertin dilindən eşidək: mövzunu şərh edən rusiyalı tanınmış hərbi ekspert Pavel Felqenqauer hesab edir ki, hər halda, Ermənistana “İsgəndər” raket komplekslərinin verilməsi regionda əlavə təhlükələr yarada, hərbi balansı dəyişə bilər. “Balans üçün isə ola bilsin, Rusiya eyni raket komplekslərini Azərbaycana satsın”.Ekspert bir maraqlı detala da toxunaraq deyib ki, Ermənistana hansı “İsgəndər” raket komplekslərinin tədarük edildiyi hələ ki aydın deyil: “Məsələ ondadır ki, ”İsgəndər-E” daha kiçik radiuslu komplekslərdir, nəinki “İsgəndər-M”lər. İkinciləri Rusiya yalnız özü üçün istehsal edir. Çünki 300 km-dən artıq hədəfi vurmaq məsafəsi olan ballistik raketləri başqa ölkəyə satmamaqla bağlı Moskvanın beynəlxalq öhdəliyi var”.Belə çıxır ki, Ermənistana yalnız “İsgəndər-E”lər verilə bilər və eyni silahlardan da Azərbaycana satılması mümkün görünür. Lakin Rusiya Müdafiə Nazirliyi bu detala da hələlik aydınlıq gətirməyib. Bir şey dəqiqdir ki, fakt artıq Azərbaycanda haqlı narahatlıq yaradıb. Bu narahatlıq isə rusiyalı hərbi ekspertin təbirincə desək, eyni komplekslər Azərbaycana satılmaqla aradan qaldırıla bilər. ***İş də ondadır ki, Moskva, deyəsən, “İsgəndər” təxribatı hesabına “bir güllə ilə iki dovşan vurmaq” niyyətindədir: bununla həm forpost Ermənistanı və onun toplumunu sakitləşdirmiş olur (raketlər de-yure İrəvana verilməsə belə), həm də Azərbaycan da məcbur qalıb həmin kompleksləri almalı olduğundan, Rusiya büdcəsi zənginləşir.Bu xüsusda bir mühüm nüans da diqqət çəkir. Belə ki, son zamanlar Bakı başqa dövlətlərdən, xüsusən də qardaş Türkiyədən, İsraildən, Çindən analoji silah tədarükünü artırıb. Bu isə avtomatik şəkildə Rusiyadan alınan silah və hərbi texnikanın Azərbaycanın arsenalındakı payının azalması, bütövlükdə Rusiyanın Azərbaycandan ötrü önəminin azalması deməkdir. Böyük ehtimala, “İsgəndər” təxribatının arxasındakı əsas motiv məhz elə Azərbaycanı Rusiya silah bazarında saxlamaqdan ibarətdir. Söhbət təkcə maliyyə-qazancdan getmir, həm də ondan gedir ki, gələcəkdə bu silahların komplektləri, hissələri üçün də Azərbaycan Rusiyaya müraciət etmək zorunda qalacaq. Yəni hərbi-texniki asılılıq amili.*** Maraqlıdır ki, məhz bu arada – Azərbaycanın Rusiyadan incikliyinin artdığı dönəmdə separatçı rejimlərin sabah – sentyabrın 25-də Moskvada keçiriləcək toplantısının yeri dəyişdirilib. Rusiya Prezident Administrasiyasının İşlər İdarəsinin balansında olan, yəni birbaşa hökumətə bağlı “Prezident” hoteli məlum toplantını keçirməkdən imtina edib.Yada salaq ki, “Millətlərin dialoqu. Öz müqəddəratını təyinetmə hüququ və çöxqütblü dünyanın inşası” adlı II beynəlxalq konfransın təşkilatçısı Rusiya Antiqlobalist Hərəkatı idi. Hərəkatdan bildirilib ki, tədbir sentyabrın 25-də Moskvadakı “Ritz-Carlton” hotelində keçiriləcək. Məlumatda toplantının yerinin dəyişdirilməsi “konfransa olan böyük maraq və iştirak üçün çoxsaylı müraciətlərin olması ilə” izah edilir. O da diqqətçəkicidir ki, əvvəlki siyahıdan fərqli olaraq, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya separatçıları iştirakçılar arasında qeyd olunmayıb. Hərçənd qurumdan bildirilib ki, yaydıqları son press-relizdə qondarma Dağlıq Qarabağ rejiminin adı iştirakçılar siyahısından çıxarılsa da, onların nümayəndələrinin tədbirdə iştirakı istisna edilmir.Müşahidəçilərə görə, “Ritz-Carlton” mehmanxanası əslində “Prezident”dən çox kiçikdir.“Prezident” isə Moskvanın ən böyük hotellərindən sayılır. Ona görə də təşkilatçının konfransın yerinin dəyişdirilməsi ilə bağlı göstərdiyi səbəb inandırıcı görünmür. Daha ağlabatanı rəsmi Kremlin iradəsi ola bilər. Mümkündür ki, “İsgəndər” təxribatı ilə eyni vaxtda Moskva Bakıda ikinci güclü qıcıq yaratmaq istəməyib və bir növ balansı saxlamaq üçün Bakıya belə bir reverans edib. Tədbirin Kremlə aid mehmanxanada keçirilməsinin yasaqlanması ilə yanaşı, üstəlik, Qarabağ separatçılarının siyahıdan çıxarılması bu ehtimalı gücləndirir.Yəni əsas hədəf kimi Azərbaycanı Rusiya orbitindən uzağa buraxmamaq görünür.  Bunu Kremlin yeni “qamçı-kökə” siyasəti də adlandırmaq mümkündür.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler