Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiyanın ildırımsüretli hücum planı: NATO göz açmadan…

11 Ağustos 2016

3:32 pm


11/08/2016 [19:31]: xeber –
“Son zamanlar bir çox NATO generalları açıq vurğulayırlar ki, Baltikyanı ölkələri qorumaq mümkün deyil: Şimali-Atlantika İttifaqı hər hansı hərəkətlərə başlamağa vaxt tapmadan əvvəl bu dövlətlər artıq tutulacaq”. Təhlükəsizlik üzrə ekspert Ancey Zapalovskiy Polşanın “Nasz Dziennik” nəşrinə müsahibəsində deyib. Rusiya prezidenti Vladimir Putinin şəxsi müşaviri Sergey Karaqanovun ötən ay “Der Şpigel” nəşrinə müsahibəsində bildirib ki, NATO-nun Baltikyanı ölkələrdə yerləşdirmək istədiyi əlavə silahlar bu ölkələrə kömək etməyəcək və münaqişə olacağı halda məhv ediləcək. Ancey Zapalovskiy deyilənlərlə razıdır. Onun sözlərinə görə, mini-Baltikyanı ölkələrin ərazisində yerləşdirilmiş NATO əsgəri hərbi nöqteyi-nəzərindən xüsusi əhəmiyyətə malik deyil. Ekspert qeyd edir ki, eyni zamanda Latviya və Estoniya əhalisinin üçdə birinin rus azlığı olmasını unutmaq lazım deyil. “Bundan başqa, hücum həm qurudan, həm də dənizdən edilə bilər. Simvolik səviyyədə edilən hərəkətlər heç vaxt və heç kəsə təhlükəsizliyin real zəmanətlərini verə bilməz. Burda heç bir illüziya ilə qidalanmaq lazım deyil. Baltikyanı ölkələrdə, əslində müstəqilliyin zəmanəti yalnız siyasi səviyyədədir”, – o, qeyd edib.(Publika.az )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler