Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiyanin Esed ve Erdoganla bagli gizli plani

01 Aralık 2016

7:56 pm

– xeber –
Moskva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya lideri Bəşər Əsəd arasında vasitəçilik edə bilər.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Strateji Araşdırmalar İnstitutunun sədr müşaviri və Yaxın Şərq üzrə ekspert Yelena Suponina deyib.
O, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlunun görüşməsini olduqca müsbət dəyərləndirib.
Buna baxmayaraq, Suponina tərəflər arasında Suriya ilə bağlı fikir ayrılığının olduğunu söyləyib:
“Bu gün Rusiya və İranın dəstəyi ilə Suriya ordusu Hələbdə irəliləməyi bacarır. Bu qələbələrdən sonra Əsədin mövqeyi güclənəcək. Onu da unutmayaq ki, Türkiyə ordusu Suriyanın şimalındadır. Bu məsələ məncə ayrı müzakirə edilməlidir. Rusiya ilə Türkiyə arasında əlaqələr güclənir. Bunun nəticəsində Moskva Ərdoğanla Əsəd arasında vasitəçilik edə bilər. Məncə, Lavrov-Çavuşoğlu görüşündən sonra Rusiya artıq bunu etməyə başlayıb”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler