Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiyanın Ermenistandakı 102-ci bazanı bunca “yüklemesine” sebeb nedir?

10 Ekim 2016

8:20 pm


11/10/2016 [00:16]: xeber –
Bu günlərdə mediada Rusiyanın Ermənistandakı 102-ci bazaya 350 ədəd
müasir hərbi texnika yollaması ilə bağlı məlumatlar ictimaiyyiləşməkdədir. Maraqlıdır,
Rusiyanın Gümrüdəki bu bazanı ən müasir aviasiyya-artilleriya sistemləri ilə “yükləməsi”,
bir bazaya bir neçə bazanın hərbi texnikasını cəmləməsi nə ilə bağlıdır? Yüzlərlə
texnikanın bir neçə ildir ki, durmadan 102-ci bazaya daşınmasının sirri nədir?

sayt-a açıqlama
verən “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini,
politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Rusiyanın bu
məsələdə bəzi bəhanələri önə çəkdiyini vurğuladı:

“NATO-Rusiya sərhəddinin
Ermənistandan keçməsi bu məsələdə Kremlin söykənməyə çalışdığı əsas bəhanələrdən
biridir. Rusiya iddia edir ki, onunla NATO arasındakı sərhəd Ermənistandan
keçir. Məhz buna görə də, Ermənistanda hərbi texnikasının sayını durmadan
artırır. Rusiya öz nüfuzunu artırmaq məqsədi ilə ətrafdakı dövlətlərə bununla
mesaj verir. Bildirir ki, Ermənistanda bazam var, onunla tərəfdaş dövlətəm. Eyni
zamanda, bu silahlar sabah Dağlıq Qarabağda, yaxud digər bir bölgədə “itə bilər”.
Yəni sabah bu silahlar Abxaziyaya da, Qarabağa da, digər bölgələrə də gedə bilər.
Rusiyanın 102-ci hərbi bazaya çoxlu texnika cəlb etməkdə əsas məqsədi bundan
ibarətdir. Bəhanə kimi isə NATO-Rusiya sərhəddinin Ermənistandan keçməsini göstərir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler