Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rusiyanın bir texribatı bütün uğurları alt-üst etmek üçün kifayetdir”

10 Temmuz 2016

8:08 am


10/07/2016 [12:04]: xeber –
Tanınmış yazıçı-publisist
Mehriban Vəzir sayt-a açıqlamasında Qarabağ probleminin həllində xalq diplomatiyasının oynaya biləcəyi
mümkün rola aydınlıq gətirib. M.Vəzirin qənaətincə, nə qədər ki, Rusiya Cənubi
Qafqaz xalqlarının həyatına kobud müdaxilə edir, prosesləri Kremlin maraqları
baxımından yönləndirməyə çalışır, heç bir vasitə ilə Qarabağ probleminin həllinə
nail olmaq mümkün deyil:

“Bütün hallarda dialoq
yaxşı bir şeydir. Tərəflərin ictimai-siyasi xadimlərinin oturub görüşməsinə
etiraz etmək mümkün deyil. Bir halda ki, prezidentlər vaxtaşırı görüşür, o
zaman ziyalılar, digər zümrələrin təmsilçiləri niyə görüşməsin? Yəni bu görüşlərin
keçirilməsi məntiqəuyğundur. Amma konfiliktinin həll olunmasına xalq
diplomatiyası heç bir töhfə verə bilməz. Bu, mümkün deyil. Çünki hansı zümrələr
görüşüb aydınlaşmalar aparsa belə, Rusiyanın ssenarisi əsasında olan bir təxribat
bütün işləri alt-üst etmək üçün kifayətdir. Bunun formulasını dahi mütəfəkkir Cəfər
Cabbarlı göstərib: “atan kazaklardır”. Erməni-türk insanı bir araya gəlir,
görüşür, bu arada yenə silah işlədir və məlum olur ki, yenə də “atan
kazaklardır”. Nə qədər ki, Qafqazda rus barmağı var, nə qədər ki, rusun Qafqazı
öz təzyiqi altında saxlmaq gücü var, bu münaqişə bitməyəcək. Buna heç bir xalq
diplomatiyası yardım edə bilməz”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler