Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiyanın “Axilles dabanı”: Şimal qonşumuzu oradan vuracaqlar – TƏHLÜKƏ

15 Ağustos 2016

12:04 pm


15/08/2016 [16:03]: xeber –
Son zamanlar Rusiyada heç bir böyük terror aktı törədilməyib. Ancaq Kreml ehtiyat etməlidir. Publika.az xəbər verir ki, bunu Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Trenin “Newsweek” nəşrində yazıb. Onun sözlərinə görə, bu, (Rusiyada son zamanlar heç bir böyük terror aktının törədilməməsi – red.) kənar müşahidəçiyə kifayət qədər qəribə görünə bilər. “Rusdilli döyüşçülər “İslam dövləti” (İŞİD) terror təşkilatının “xarici döyüşçüləri” arasında ən çoxsaylı qruplardan biridir. Artıq 10 aydan çoxdur ki, Rusiya Suriya münaqişəsində aktiv iştirak edir. Rusiyanın Şimali Qafqaz bölgəsi indiyə qədər fövqəladə qeyri-stabil region olaraq qalır. Krım tatarlarının Kiyev qrupu Rusiyaya qarşı bilavasitə addımlar atacağına söz veriblər. Onlar yarımadanın Rusiya tərəfindən işğal olunduğunu bildirirlər. Bununla belə, hələ ki Rusiyada Fransa, Belçika və Almaniyada olduğu kimi ekstremizmin sıçrantısı qeydə alınmayıb. Niyə?”, – ekspert sual verib. Onun sözlərinə görə, İŞİD-in Rusiyanı nişan altında saxladığı şübhəsizdir: “İŞİD-ə sədaqət andı içmiş döyüşçülər Dağıstanda bir neçə terror aktı təşkil edib. Rusiyanın Federal Təhlükəsizlik Xidməti bütün ölkə üzrə potensial terrorçuların fəallığının artdığını bildirir. Potensial terrorçular və kamikadzelər Rusiyanın bir neçə regionunda gözlənilir. Prezident Vladimir Putinin Suriyada hərbi kampaniyaya başlamağa qərar verməsinin səbəblərindən biri də ondan ibarətdir ki, düşmənlə öz ərazisində döyüşməsin, terrorçuların Rusiyaya gəlməsini gözləməsin. Şübhəsiz ki, Rusiya təhlükəsizlik xidmətləri böyük təcrübəyə malikdir. Rusiyada terrorçuluğa qarşı qanunlar artıq kifayət qədər sərtləşdirilib. Keçmişdə Rusiyada problemlərin əsas mənbəyi olan Çeçenistan Respublikası onun liderinin sərt nəzarəti altındadır. Ramzan Kadırov özünü “Putinin əsgəri” adlandırır. Bütün bunları nəzərə alaraq, Rusiya və Qərbi Avropa arasında əhəmiyyətli fərqlərin mövcudluğu haqqında danışmaq olar. Rusiyada müsəlmanlar və pravoslavlar yan-yana əsrlərdir yaşayırlar. İnteqrasiya həmişə hamar keçmirdi, ancaq Rusiyada artıq bir yerdə yaşamanın tamamilə münasib üsulu əmələ gəlib. İslam pravoslav, buddizmlə və iudaizmlə yanaşı rəsmi dindir. Bütovlükdə, Rusiyanın imperiya mirası və onun çoxmillətli, müxtəlif dinli təbiəti islam terrorizminin təsirini yumşaldır”. Bununla belə, Dmitri Trenin hesab edir ki, yuxarıda deyilənlər Rusiya hakimiyyətinə arxayın olmağa əsas vermir. Onun sözlərinə görə, hazırda Rusiyanın daxilində tərbiyə edilmiş cihadçı qruplar, İŞİD tərəfdarları, Suriyadan qayıdan döyüşçülər və çeçen müharibəsi bitdikdən sonra Şimali Qafqazda özünün pozucu fəaliyyətinə davam edən qruplaşmalar xüsusi həyacan doğurur. Bundan başqa, ekspertin fikrincə, cənub sərhədlərində mümkün hərbi kampaniyaların tam seriyasının birinci hissəsi baş verə bilər: “Əfqanıstanda Amerika hərbi kampaniyasının başlanmasından sonra – 15 ildir ki, qeyri-stabil vəziyyət qalır. Mərkəzi Asiyanın ən böyük iki ölkəsi – Qazaxıstan və Özbəkistan yaxın gələcəkdə olduqca mürəkkəb keçid dövrləri ilə rastlaşa bilər. Çünki, onların prezidentləri səhnəni tərk etməyə hazırlaşırlar. Regionun daha xırda dövlətləri – Tacikistan və Qırğızıstan da həmçinin bir çox problemlə qarşı-qarşıyadır. Rusiyanın başqa sərhədləri kimi, Mərkəzi Asiyadakı sərhədlərı bütovlükdə etibarlı adlandırmaq olmaz. Onların arasından cihadçıların axını ehtimal ssenaridir. Hərçənd Rusiya hazırda Qərblə qarşıdurmaya yenidən daxil olub, cənubdan yaxınlaşan real təhlükə onu hədələyir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler