Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiyadakı soydaşlarımız nezarete götürülür – İŞİD tehdidine göre…

18 Ekim 2016

4:48 pm


18/10/2016 [20:45]: xeber –
Rusiyadakı soydaşlarımız bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülməyə başlanılıb. Bu barədə sayt-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Rusiyadakı soydaşlarımızın nəzarətə götürülməsinə səbəb rəsmi Moskvanın Yaxın Şərq siyasətində tutduğu sərt mövqedən sonra İŞİD və digər radikal islami cərəyanların bu ölkəyə yönəlik təhdidləridir. Belə ki, Rusiyanın güc orqanları bu təhdidlərin kənardan gələn İŞİD-çilər tərəfindən deyil, Rusiyada məskunlaşan müsəlmanlar tərəfindən reallaşma ehtimalını daha yüksək hesab edir. Daha doğrusu, terrorun kənardan gələn şəxslər tərəfindən deyil, Rusiyada məskunlaşma problemi olmayan və bu ölkəyə çoxdan qaynayıb-qarışaraq diqqətdən kənarda qalmağı bacaran şəxslərin əli ilə törədilməsinin mümkünlüyü qorxusudur. Bu səbəbdən də yalnız azərbaycanlılar deyil, Rusiyada məskunlaşan digər müsəlmanlar da xüsusi nəzarətə götürülməkdə, təhlükəlilik dərəcəsinə görə risk qruplarına bölünməkdədir. Bilgili qaynağın məlumatına görə, Rusiyada islami təşkilat və ya cərəyan adına reallaşacaq hər hansı bir terror aktı bu ölkədəki bütün müsəlmanlara təzyiqlərin artmasına səbəb olacaq ki, bu da sadə vətəndaşlar üçün əlavə problem deməkdir. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler