Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiyada yoxa çıxan “İl – 76” tipli teyyarenin qalıqları aşkarlanıb

03 Temmuz 2016

5:20 am


03/07/2016 [09:18]: xeber –
İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsinin qalıqları Kaçuq rayonunda aşkarlanıb.   APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bölgə hökumətindən bildirilib. “Təyyarənin arxa hissəsi və digər fraqmentləri aşkarlanıb”, – deyə mənbə bildirib.   Təyyarənin qəza nəticəsində tamamilə parçalandığı və yandığı bildirilir: “Saat 02.00 radələrində (Bakı vaxtilə 03.00 radələrində) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan  “İl – 76” təyyarəsi aşkarlanıb. Təyyarə tamamilə parçalanıb”.       Qeyd edək ki,  yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsi meşə yanğınlarının söndürülməsində iştirak edib. Onunla əlaqə  iyulun 1-də səhər saatlarında itib. Qəzanın səbəbləri hələlik məlum deyil. Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər olub. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler