Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiyada polis polkovnikini ve beş aile üzvünü öldüren azerbaycanlıların hebs müddeti uzadılıb

29 Haziran 2016

7:04 am


29/06/2016 [11:02]: xeber –
Rusiyada məhkəmə Samara vilayətinin Sızran rayonunun keçmiş polis rəisi, istefada olan polkovnik Andrey Qoşt və onun ailə üzvlərinin ölümündə şübhəli bilinən şəxslər barəsində həbs qərarının müddətini uzadıb. APA-nın “samara.aif.ru” saytına istinadən verdiyi xəbərə görə, cinayətdə təqsirləndirilən Azərbaycan vətəndaşları- 24 yaşlı Orxan Zəhrabov, 23 yaşlı Roman Fətəliyev, 22 yaşlı İslam Babayev, Tacikistan vətəndaşı 23 yaşlı Məhmədəli Əhmədov oktyabrın 24-dək həbsdə qalacaqlar. Qeyd edək ki, keçmiş polis rəisi A. Qoşt və 5 ailə üzvü (polkovnikin arvadı, qardaşının arvadı, qardaşı qızı və valideynləri) Sızran rayonunun İvaşevka qəsəbəsində öldürülüb. Öldürülənlərin meyitləri bu il aprelin 24-də səhər aşkar olunub. Yalnız onun 7 yaşlı qızı sağ qalıb. Hadisədə şübhəli bilinən 3 azərbaycanlı mayın 3-də tutulub. M. Əhmədov isə bir neçə gün sonra Düşənbədən gələrkən Moskvanın “Domodedovo” hava limanında saxlanılıb. Qətlin qarət məqsədilə törədildiyi ehtimal edilir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler