Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiyada ermeniler soydaşımızın mağazasını söküb, özünü döyübler- FOTO

07 Ekim 2016

1:12 pm


07/10/2016 [17:08]: xeber –
Rusiyada soydaşlarımız diskriminasiyaya məruz qalır. Həştərxanda ermənilər soydaşımızın mağazasını söküb, özünü döyüblər. Həştərxanın hüquqmühafizə orqanları erməniləri müdafiə edir. “ 7 nəfər erməni ruslarla birləşərək mülkümü məndən xəbərsiz söküblər. Polisə, prokuroluq işə baxmır. Yazmadığım orqan qalmayıb. Ölkə prezidenti Putinə də yazmışam dərdimə çarə tapılmır ki, tapılmır. Əvəzində şikayət etdiyim üçün ermənilər məni ölümcül döydülər. Ciddi xəsarət aldım. Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirildim”Bu sözlər Rusiya Federasiyasının Həştərxan şəhəri Praxomenko küçəsi ev 50-də yaşayan soydaşımız Allahverdiyev Vəli Həsən oğluna məxsusdur.Həmyerlimiz Həştərxan şəhərində rastlaşdığı haqsızlıqlarla bağlı xəbərdar.net-ə danışıb. Deyib ki, bu ilin may ayının 3-də ona məxsus , bütün hüquqi sənədləri olan, 1.5 milyon Rubl dəyərində 43.2 kvadrat metr sahəsi olan mağazasını ondan xəbərsiz 7-nəfər erməni millətinndən olan şəxslər söküb və bütün materiallarını da aparıblar. Rus qonşusu hadisədən fotolar çəkərək ona təqdim edib. Hadisədən xəbər tutan V.Allahverdiyev dərhal Həştərxan polisinə və prokurorluğa müraciət edib. Hadisə ilə bağlı cinayət işi açılsa da, sona qədər araşdırma aparılmayıb və heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb. Sonradan bəlli olub ki, hadisəni törədən erməniləri daha yuxarı orqanlar, Həştərxanın inzibati ərazi rəhbərləri, xüsusilə tikinti üzrə müavin olan xanım himayədarlıq edir. Çarəsiz qalan həmiyerlimiz daha yuxarı orqanlara müraciət edib, hətta Rusiya Federesiyasının prezidenti Vladimir Putinə teleqramma vurub. Bundan sonra vəziyyət bir az da qəlizləşib. 2016-cı il sentyabr ayının 23-də həmin erməni millətindən olan şəxslər onu ölümcül döyüblər.“Şikayət etdiyim üçün ermənilər məni ölümcül döydülər. Ciddi xəsarət aldım. Daxili orqanlarım zədələndi. 2 dişim qırıldı, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirildim. Hələ də səhhətim tam bərpa olmayıb”-V. Allahverdiyev deyib.Soydaşımız əlavə olaraq qeyd edib ki, döyülməsi ilə bağlı da polisə şikayət edib. Polis yenə də onun şikayətinə biganə qalıb. Əli yerdən-göydən üzülən Allahverdiyev üz tutub Azərbaycana. Bir neçə ildir Həştərxanda yaşasa da soydaşımız deyir ki, Azərbaycan vətəndaşıdır. Hazırda özünün və ailəsinin həyatı təhlükədədir.“Düşündüm ki, bəlkə Azərbaycan hakimiyyəti vətəndaşına sahib çıxar. Bu minvalla Azərbaycan Xarici İşlər Nazirliyinə, Azərbaycan Diaspora Təşkilatına və Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etdim”Həmyerlimiz qeyd edir ki, dəfələrlə xarici işlər nazirliyində olsa da, onu qəbul etməyiblər. Rusiyanın Azərbaycandakı səfirliyindən isə onu qapıdan qovublar. “Əvvəlcədən qəbul üçün müraciət etmişdim. Getdim səfirliyə. Səfirlə görüşmək istədiyimi bildirdim. Qapıya çıxan cavan bir oğlan əli ilə getməyimi işarə etdi. Dedi ki çıx get, səni burada heç kim qəbul etməyəcək”.-deyə V.Allahverdiyev bildirib.Sonra üz tutub Azərbaycan Diaspora Təşkilatına. İnsafən təşkilatda onu qəbul ediblər. Amma, əmması da odur ki, onu qəbul edən əməkdaşın cavabı təccüblü olub. Əməktadaş ona deyib ki, “bu məsələdə sənə kömək edə bilmərik. Ümumiyyətlə orada nə işiniz var. Çıxın gəlin buraya”. Bununla da Diaspora Təşkilatı öz işini bitmiş hesab edib.V.Allahverdiyiv əməkdaşımıza deyib ki, bu Rusiyada soydaşlarımıza qarşı törədilən ilk hadisə deyil. Bu cür hadisələr tez-tez baş verir. Rusiyada yaşayan soydaşlarımız erməni və rus milliyyətçiləri tərəfindən tədiskirminasiyya məruz qalırlar.Soydaşımız mətbuat vasitəsilə aidiyyatı qurumlardan kömək istəyir.Xebrdar.net olaraq ümid edirik ki, aidiyyatı dövlət qurumları, V.Allahverdiyevin başına gətirilənlərə biganə qalmayacaq. Məslənin hüquqi yolla həllini tapması üçün lazımı addımlar atılacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler