Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rusiyada banka borcu olan şexsler meşelerde gizlene bilir, bizde meşe de yoxdur”

09 Temmuz 2016

10:32 am


09/07/2016 [14:29]: xeber –
Rusiya mətbuatının
verdiyi məlumata görə, bugünlərdə Kostroma şəhər sakini banka olan borcunu ödəmyə
bilmədiyi üçün meşəyə qaçıb. Meşədə özünə sığınacaq quran 38 yaşlı şəxsin yeri
yalnız bir müddət keçəndən sonra bəlli olub və onu həmin meşədən polis əməkdaşlarının
köməyi sayəsində çıxartmaq mümkün olub.

Maraqlıdır,
Azərbaycanda bank borcunun Rusiya ilə müqayisədə daha kritik olduğunu nəzərə
alsaq, ehtimal etmək olarmı ki, yaxın gələcəkdə Azərbaycanda da borcluların meşələrə
kütləvi axını reallaşacaq?

sayt-a
açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Azərbaycan
insanının bu imkandan da məhrum olduğunu bildirib:

“Rusiyada
banka borcu olan hansısa bir şəxsin bankdan gizlənmək üçün meşəyə qaçması
mümkündür. Lakin Azərbaycanda bu da mümkün deyil. Çünki bizdə gizlənmək üçün
meşə də yoxdur. Bizdə bank borcu olan, çıxılmaz vəziyyətə düşən insanlar bəzi
hallarda intihar edirlər. Hesab edirəm ki, dövlət bu problemin nizama
slalınması istiqamətində lazımi addımlar atmasa, o zaman yaxın gələcəkdə də
intiharlar vətəndaşların bank problemindən əsas “çıxış yolu” olacaq.

Bu
problemin həll edilməsi dövlətin borcudur və dövlət öz vətəndaşlarını bu ağır vəziyyətdən
xilas etməlidir”.

 

Seymur
Əliyev

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler