Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiyada ayı uşaq bağçasına hücum edib

17 Ağustos 2016

9:08 am


17/08/2016 [13:05]: xeber –
Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Primorsk vilayətinin Kirovsk rayonunda “Nağıl” (Skazka) uşaq bağçasında ayını güllələyib. APA-nın məlumatına görə, yerli sakinlər 6-7 yaşlı iri, qara ayını ilk dəfə avqustun 12-də görüblər. Rayonda zibilliklərə dadanan ayı avqustun 16-da bağçanın ərazisinə qədər gəlib. Hüquq-mühafizə orqanlarına müraciət edilib, bağça işçiləri uşaqların həyatı və sağlamlığına real təhlükə yarandığını bildiriblər. Operativ qrup ayını meşəyə qovmağa çalışsa da, tezliklə ayı yenidən bağçaya qayıdıb. Arıq və ac olan ayı insanlardan uzaqlaşmaq istəməyib. Polislərə 10 metrə qədər yaxınlaşan ayı güllələnərək öldürülüb. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler