Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiya ve Türkiye herbi sahede elaqelerini inkişaf etdirecek

01 Temmuz 2016

12:36 pm


01/07/2016 [16:28]: xeber –
sayt xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Türkiyənin Xarici işlər naziri  Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunları ilə bağlı açıqlamasında deyib.Onun sözlərinə görə, Rusiya Türkiyə münasibətləri həmçinin digər  hərbi sahədə də inkişaf edəcək. “Rusiyanın hava-kosmik qüvvələrinin Suriyada iştirakı nəzərə alaraq biz əməkdaşlıq edəbilərik. Türkiyədə ABŞ-ın Suriyada rəhbəri olduğu koalisiyanın tərkibindədir. Bizim bu sahədə əməkdaşlıq etməyimiz üçün yaxşı imkan var”, deyə S. Lavrov vurğulayıb.S.Lavrov onu da  deyib ki, Rusiya ilə Türkiyə  terrorizmə qarşı birgə mübarizə aparmaq üçün yaradılan İşçi qrup fəaliyyətini bərpa etmək barədə razılığa gəlinib. “ Bu İşçi qrupa Xarici işlər nazirliyinin və  xüsusi xidmət orqanlarının əməkdaşları daxildir. Bu İşçi qrup da son 7 ayda fəaliyyətini dondurmuşdu. Ancaq bu gün bu İşçi qrupun fəaliyyətini bərpa etmək barədə razlığa gəldik”, -nazir bildirib.Suriya məsələsində əməkdaşlıq məsələsinə toxunun nazir deyib ki, Moskva və Ankara  Suriya məsələsində praktik  nəticələrin əldə edilməsi sahəsində sıx əməkdaşlıq edə bilər.Lavrov eyni zamanda  terrorçu təşkilatlara qarşı birgə mübarizə aparmaq məsələsində də mövqelərinin uzlaşdığını dilə gətirib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler