Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiya ve Qazaxıstan Azerbaycanın Avrasiya İttifaqına daxil olmasında maraqlıdırlar

22 Ağustos 2016

4:04 pm


22/08/2016 [20:01]: xeber –
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzər regionu üzrə tərəfdaşı olan Azərbaycanın Avrasiya İttifaqına daxil olmasında maraqlıdır.  sayt  Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Avrasiya İqtisadi İttifaq institutunun direktoru Vladimir Lepexin bəyan edib.  “Hazırda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrinin və Yaxın Şərqin şimal hissəsinin ölkələrinin qarşılıqlı fəaliyyət səviyyəsində yaranan konfiqurasiya – vahid Avrasiya ticarət məkanının formalaşması üçün əsasdır, burada bir sıra ölkələr faktiki olaraq prinsipal cəhətdən yeni münasibətlər qururlar”, – institutun direktoru vurğulayıb. Rusiyalı politoloq Aleksey Fenenko Day.Az-a verdiyi müsahibəsində bildirib ki, Qazaxıstan kimi, Rusiya da Azərbaycanı Avrasiya blokunda görmək istəyir.“Vladimir Putin Avrasiya tərəfdaş blokunun yaradılmasına davam edir. Türkiyə-Azərbaycan-İran formatı Aİİ və ŞƏT formatını tamamlaya bilər. 2012-ci ildə Rusiya Avrasiya İttifaqı layihəsinə Özbəkistan, Azərbaycan, Gürcüstan və Ukraynanı birləşdirə bilmədi. Hazırda Rusiya diplomatiyası yeni mərhələdə uğursuzluğunu aradan qaldırmağa çalışır. Rusiya Azərbaycanı Avrasiya blokunda görmək istəyir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler