Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiya Ukrayna ile serhedde ordugah qurdu – FOTOLAR

03 Eylül 2016

9:56 am


03/09/2016 [13:54]: xeber –
Rusiya generaliteti Ukrayna ilə sərhədin 3 km-də ordugah  qurmağa başlayıb. Bunu mətbuat konfransında Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərinin köməkçisi Oleq Slobodyan bildirib. sayt bu barədə Ukrayna mediasına istinadla xəbər verir. O. Slobodyan Rusiya ordu düşərgəsinin dislokasiya yerini də dəqiq göstərib. Onun sözlərinə görə,  rus hərbçiləri Xarkov vilayətinə girişin 3 kilometrliyindəki Rusiyaya məxsus Bezımeno yaşayış məntəqəsinin yaxınlığında toplaşıb. Ukrayna sərhədçilər ərazidə Rusiya ordusunun “Radiobaryer-MF” kəşfiyyat siqnalizasiya komplekslərinin də çalışdığını qeydə alıblar. Ukrayna rəsmisi Krımla inzibati sərhəddəki  “Kalançak” məntəqəsində şübhəli avtomobil kolonu göründüyünü də söyləyib. Əksər maşınların nömrələri Rusiya Federal Təhlükəsizlik Xidmətinə məxsus olub. Rus generalların başçılığı ilə bir qrup şəxs həmin məntəqədə 30 dəqiqəyədək dayanıb. Onların Rusiya ordusu mövqelərinin vəziyyətini və döyüş hazırlığının digər aspektlərini yoxladıqları bildirilir.  Xatırladaq ki, 25-31 avqust tarixlərində Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının gözlənilməz yoxlama təlimləri keçirilib. Pentaqon bununla bağlı narahatlığını ifadə edib. ABŞ MN hesab edir ki, Rusiya gözlənilməz təlimləri diqqəti Ukrayna ətrafına qoşun toplamaqdan yayındırmaq məqsədi ilə keçirib.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler