Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rusiya-Türkiye yaxınlaşması strateji xarakter daşımır”

06 Temmuz 2016

10:56 am


06/07/2016 [14:54]: xeber –
Rusiya və Türkiyə
arasındakı gərginliyin zəifləməsi bəzi ekspertlər tərəfindən Ermənistanın zərərinə
işləyən faktor kimi dəyərləndirilməkdədir. Bəzi siyasilər hesab edir ki, bu
yaxınlaşma Qarabağ probleminin həllinə öz müsbət töhfəsini verə bilər.

Məsələ ilə bağlı
sayt-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq
Sülhəddin Əkbər bu yaxınlaşmanın Qarabağ problemində hər hansı müsbət rol
oynamayacağını qeyd edib:

“Rusiya-Türkiyə
yaxınlaşması strateji xarakter daşımır. Bu, daha çox operativ-taktiki xarakter
daşıyır. Bu, regionda baş verən proseslər, o cümlədən ABŞ-Rusiya və ABŞ-İran
yaxınlaşması ilə bağlıdır. Bunun birbaşa Rusiya-Ermənistan və ya Rusiya-Azərbaycan
münasibətlərinə təsir edəcəyini də düşünmürəm. Rusiya post-sovet məkanını öz həyat
sahəsi hesab edir və istənilən xarici gücün, eləcə də Türkiyənin müdaxiləsinə
qısqanclıqla yanaşır”.

 

Seymur Əliyev

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler