Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiya tamamile Suriyaya yerleşir

10 Ekim 2016

10:44 am


10/10/2016 [14:42]: xeber –
sayt xəbər verir ki, Rusiya təyyarələrinin müddətsiz şəkildə qalacağı Aralıq dəniz liman şəhəri Tartusda indi də daimi bir donanma bazası yaradılır.Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov Moskva rəhbərliyinin daxili müharibənin davam etdiyi Suriyanın Tartus şəhərində daimi donanma bazası yaradacağını deyib. Parlamentin üst qanadı Federasiya Şurasında danışan Pankov lazımi sənədin hazırlandığını və nazirliklər səviyyəsində qəbul olunduğunu bildirib. Pankov məclis üzvlərinə “Prosedurun başa çatdıqdan sonra bunu sizin təsdiqinizə təqdim edəcəyik” – deyib. Qeyd edək ki, Rusiyanın Tartusta hazırda istifadə etdiyi hərbi bazası yerləşir. Baza hərbi gəmilər üçün təmir və təsis kompleksi adlanır. Moskva son dövrdə apardığı həmlələrlə Suriyada hərbi varlığını qalıcı hala gətirir. Parlamentin alt qanadı Duma ötən həftə Rusiyanın Suriyadakı Himeymim Bazasını müddətsiz istifadə etməsini nəzərdə tutan müqaviləni qəbul etmişdi. Rusiya Müdafiə Nazirliyi də Suriyada S-300 hava müdafiə sistemi yerləşdirildiyini açıqlamışdı.Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler