Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rusiya Qarabağ meselesinde her zaman inandırma metodundan istifade edecek”

20 Eylül 2016

6:36 am


20/09/2016 [10:34]: xeber –
Professor: “Azərbaycan ərazisində hərbi baza Rusiyanın nəyinə lazımdır, kimə qarşı ondan istifadə edəcək ki?”Tanınmış hüquqşünas, professor İlham Rəhimov rusdilli minval.az saytına geniş müsahibə verib. Müsahibənin tərcümə variantını oxuculara təqdim edirik. – Hörmətli professor, Sizinlə söhbətə Rusiyadakı son parlament seçkilərindən başlamaq istərdik. Dövlət Dumasına seçkilərin ilkin nəticələrini necə qiymətləndirirsiniz?- Düşünürəm ki, Rusiya bu seçkilərlə öz xalqının hüquq və maraqlarına hörmət nümunəsi göstərdi. Bundan əlavə, parlament seçkiləri hakimiyyətin də yetkinliyini nümayiş etdirdi – o hakimiyyət ki, indi yalnız ədalətli və dürüst seçkilər yolu ilə nəinki öz xalqının, bütövlükdə sivil bəşəriyyətin hörmətini qazanmağın mümkün olduğunu yaxşı başa düşür.- Ancaq səsverməyə 50 faizdən də az seçici gəldi…- Qoy 50 faiz iştirak olsun, amma ədalətli seçki olsun, nəinki 95 faizlə saxtalaşdırılmış seçkilər. Əsas odur ki, səsverməyə gələn həmin 50% seçici bildi ki, seçki ədalətli olub.- Sizcə, Dövlət Dumasına niyə bircə soydaşımız da keçə bilməyib?- Bu sualı Rusiya Azərbaycanlıları Konqresinə ünvanlamaq lazımdır.- İlham müəllim, Türkiyə-Rusiya barışığı baş tutdu. Barışıqdan sonrakı prosesləri necə qiymətləndirirsiz? Bəzi müşahidəçilərə görə, tərəflər arasında ziddiyyətlər hələ tam aradan qalxmayıb. – Fikrimcə, əlaqələrin bərpası prosesi başlayıb və bir çoxlarının güman etdiklərindən də böyük, rəngarəng sürət götürüb. Bu, o deməkdir ki, elə problemlər var ki, onları uzun müddətə təxirə salmaq olmaz və onların həlli xeyli dərəcədə iki ölkənin birgə səylərindən asılıdır. Söhbət terrorizmlə mübarizədən, Suriya məsələsindən, iqtisadi böhrandan və s. gedir. Aydındır ki, bəzi məsələlərə dair fikir ayrılığı ola bilər və bu, təbiidir. Dünyada elə iki ölkə yoxdur ki, onların arasında hansısa fikir ayrılığı olmasın. – Ankara və Moskvanın Suriya, İSİD məsələsində anlaşması mümkündürmü?- Biz indi belə bir qarşılıqlı anlaşmanın praktikada şahidi olmaqdayıq.- Belə bir anlaşma Azərbaycana, o cümlədən Dağlıq Qarabağ məsələsinə nə vəd edir?- Əlbəttə ki, yalnız müsbət təsirlər mümkündür. Bu barədə mən əvvəllər də danışmışam. Ancaq Türkiyə-Ermənistan münasibətləri kontekstində bu problem daima Ankara ilə Moskva arasında müzakirə predmeti olacaq.- Sizcə, Türkiyə Suriyaya girməkdə düzmü etdi? – Rusiya ilə barışıqdan sonra bu, gözlənilən idi. Sonraya saxlamaq, ruslar demişkən, “Davadan sonra havaya yumruq atmaq” anlamına gələrdi.- Ermənistandakı son proseslər, o sırada kadr dəyişiklikləri nədən xəbər verir, bu, Qarabağda yeni hərbi toqquşmalara gətirə bilərmi? – Düşünmürəm ki, Ermənistandakı bu hadisələr bilavasitə yeni müharibə təhlükəsindən xəbər verir. Mənim qənaətimcə, söhbət aprel hərbi uğursuzluğunun nəticələrindən və müvafiq surətdə həmin hərbi kampaniyadan çıxan nəticələrdən gedir. Ona görə də Ermənistandakı kadr dəyişiklikləri tamamilə izah ediləndir.“Putinə Trampın yox, Klintonun prezidentliyi sərf edir”- Məlum olduğu kimi, aprel olaylarından sonra Rusiya kifayət qədər fəal şəkildə Qarabağ məsələsinin həllinə girişib. Hətta “Lavrov planı” deyilən plandan danışılır. Sizcə, bu planın reallaşması üçün Moskvanın İrəvana təzyiq göstərməsi mümkündürmü?- Biz artıq anlamalı və bundan çıxış eləməliyik ki, Rusiya Qarabağ məsələsinin həllində heç vaxt Ermənistana təzyiq etməyəcək. Moskva inandırma üsulundan istifadə edə bilər və bunu da edir. “Lavrov planı”na gəlincə, mənim fikrimcə, bu planın perspektivi yoxdur, çünki onun ayrı-ayrı hissələri bir tərəf üçün məqbuldursa, digər tərəf üçün qəbuledilməzdir. Hərgah, prinsipcə, başqası üçün ola bilsin, bəzi məsələlərdə tərəflərin maraqları üst-üstə düşür.- Azərbaycanda Qarabağ naminə Avrasiya Birliyinə, Gömrük İttifaqına, KTMT-yə qoşulmaq, hətta rus hərbi bazasının Azərbaycanda yerləşdirilməsi təkliflər, səslənir. Bu kimi təklif və fikirlərə münasibətiniz. Nə dərəcədə bunlar bizim üçün məqbuldur? – Belə nöqteyi-nəzərlərlə mən artıq tanışam. Problemin həllinə bu cür yanaşma yalnız siyasi qeyri-yetkinlik və uzağı görməzlikdən xəbər verir. Birincisi, mən əminəm ki, əgər bizim tərəfdən hətta belə təklif səslənsə, – hansı ki, az ehtimallıdır, – Rusiya buna razı olmayacaq. Ona görə ki, hərbi-siyasi nöqteyi-nəzərdən Azərbaycan ərazisində hansısa hərbi bazanın yerləşdirilməsi Rusiyaya heç nə vermir. Bu baza onun nəyinə lazımdır ki? Kimə qarşı ondan istifadə edəcək – Türkiyə vasitəsilə NATO-ya? Rusiyanın belə bazaları artıq Ermənistanda var. İrana qarşımı? Moskva-Tehran əlaqələrinin tarixi-siyasi mahiyyəti nəzərə alınarsa, bu, istisnadır. Ümumiyyətlə isə, bu, alverçi yanaşmasıdır və təkcə siyasi anlamda yox, mənəvi nöqteyi-nəzərdən də qəbuledilməzdir.İkincisi, belə təklif müəllifləri yəqin bizim dövlətin başçısının hansı əziyyət və təzyiqlər hesabına ölkəni Qəbələ RLS-dən azad eləməsindən xəbərsizdilər. – Belə rəylər də var ki, Avropa da xristian amilinə görə Qarabağ məsələsində Ermənistana təzyiq göstərmək istəmir. Həmçinin Avropadakı erməni lobbisinin təsiri əsas göstərilir…- Məncə, problemin həllində Qərbin niyə bizi dəstəkləməməsinin səbəbini ayrı yerdə axtarmaq lazımdır. Fikrimcə, Qərbin tələblərinə daha dərindən yanaşmaq lazımdır – hansı tələblər ki, prinsipial Avropa dəyərlərindən qaynaqlanır. Dini amilin bura dəxli yoxdur. Yuqoslaviyadakı hadisələr buna sübutdur. Axı o zaman Qərb xristian Serbiyanın yanında deyildi. Beynəlxalq erməni lobbisinə gəlincə, onun Qərb ölkələrinin siyasətinə təsirini şişirtmək lazım deyil.- İcazənizlə günümüzün digər aktual məsələlərinə keçərdik.- Buyurun.-  Fətullah Gülənin ABŞ-dan ekstradisiyası mümkündürmü? Təcrübəli hüquqşünas kimi, Sizcə, bu, siyasi, yoxsa hüquqi məsələdir? – Aydındır ki, əgər bu məsələ hüquqi yox, siyasi xarakterli olsa, ABŞ onu verməyəcək. Ona görə də əgər Türkiyə Güləni geri almaq istəyirsə, o zaman Amerikaya bu adamın hərbi çevriliş cəhdində günahını sübut edən şəksiz dəlillər təqdim eləməlidir. Burada nə Obama, nə də Kerri kömək edəcək. – Söhbət ABŞ-dan düşmüşkən, bu ölkədə qarşıdan gələn prezident seçkilərindən də danışardıq. Bəllidir ki, Hillari Klinton anti-Rusiya mövqeyindədir, Tramp isə əksinə, Rusiya ilə maksimum dərəcədə yaxınlaşmaq tərəfdarı kimi çıxış edir. Sizcə, onlardan hansı biri ABŞ üçün daha layiqli namizəddir? – Namizədlərin seçkiöncəsi təbliğat kampaniyasında Rusiya ilə bağlı söylədikləri fikirlərdən belə nəticələr çıxarmaq doğru deyil. Hər şey o zaman aydın olur ki, nə vaxt artıq prezident kreslosundasan və beynəlxalq əhəmiyyətli real qərarlar vermək lazım gəlir. Yəni əhalinin müəyyən kəsiminə xoş gəlmək üçün vəd vermək, sərbəst şəkildə bu və ya başqa təbliğati şüarlar səsləndirmək və bu zaman beynəlxalq birlik qarşısında, hansısa dövlətin rəhbəri qarşısında heç bir məsuliyyət daşımamaq  bir şeydir, hər bir sözünə görə real məsuliyyət daşımaq – ayrı. Düşünmürəm ki, Rusiya və V.Putinə münasibətdə söylədiklərini Klinton prezident kürsüsündə də təkrarlasın. Məsələ onda deyil ki, kim Rusiyanı daha çox qane edir, ondadır ki, beynəlxalq vəziyyətin özü ABŞ və Rusiyanı dünyanın bir çox problemlərini birgə həll etməyə məcbur edəcək. Mənə görə, V.Putin üçün daha məqbul namizəd Klintondur. Çünki onunla dövlət katibi postunda ikən artıq görüşüb. Bu üzdən də Klintonun güclü və zəif cəhətlərini bilməmiş deyil. Tramp isə – bağlı boğçadır, belə adamlardan nə desən, gözləmək  olar. Prinsipcə, müasir dünya situasiyasında ən uyğun namizəd Con Kerri ola bilərdi. – Məlum olduğu kimi, Özbəkistanın əvəzsiz prezidenti İslam Kərimovun ölümündən sonra Orta Asiya respublikalarında iri kadr yerdəyişmələri yaşanır. O sırada Qazaxıstan hakimiyyətində rokirovka baş verib. Sizcə, bu nə ilə bağlıdır?       – Burada təəccüblü heç nə görmürəm. İslam Kərimov vəfat edib – yerinə başqası, Ş.Mirziyayev gələcək. Nazarbayev baş nazir Kərim Masimovu əvəzləyib. Yeri gəlmişkən, onu hələ prezidentin köməkçisi olandan tanıyıram. Nə olsun? Bununla həmin ölkələrdə sistemin mahiyyəti dəyişməyəcək. Mənim üçün bu regionda bütün mənalarda hamıdan çox Qırğızıstan prezidenti Aslanbek Atambayev cəzbedici görünür. Söz gəlişi, o, növbəti müddətdə də ölkənin rəhbəri olmağa hazırlaşmır. ABŞ Dövlət Departamentinin, həmçinin dövlət katibi Con Kerrinin fikrincə, Qırğızıstan regionun ən demokratik ölkəsidir.- Yeri gəlmişkən, ötən həftə bu ölkədə MDB-nin yubiley toplantısı keçirildi. MDB barədə nə düşünürsünüz? – Ciddi heç nə. Söz düşmüşkən, onlar çoxdan idi ki, toplaşmırdılar. Mən bir vaxt demişdim ki, bu təşkilat qətiyyən hər hansı ciddi problemi həll eləmək qabiliyyətində deyil. Ötən 25 ildə MDB keçmiş SSRİ ərazisindəki hansısa konflikti yoluna qoya bildimi? MDB ora daxil olan dövlətlərin başçıları üçün sadəcə, görüş yeridir, vəssalam. Bu qurum öz əhəmiyyətini tamamən itirib – xüsusən də Avrasiya İqtisadi Birliyi yaradılandan sonra. Düşünmürəm ki, indiki formasında MDB-nin perspektivi olsun.- Söhbətimizin sonunda Sizin biznesdə və elm sahəsindəki işlərinizlə maraqlanmaq istərdik. Hər şey qaydasındadırmı, yoxsa böhran Sizə də toxunub?“Bədxahlarımız sağ olsunlar ki, bizi unutmurlar”- Mənim yaxın dostum və tələbə yoldaşımın dediyi kimi, Allaha şükür, sağ-salamatam, borclarım yoxdur və azadlıqdayam. Təbii ki, böhran hamıya təsir edib, ancaq fəaliyyət növündən asılı olaraq müxtəlif dərəcədə. Bununla belə, biz artıq Moskvada, Kreml yaxınlığında, keçmiş “Rusiya” mehmanxanasının yerində inanılmaz dərəcədə gözəl və böyük bir hotelin tikintisinə başlamışıq. Mənim tərəfdaşlarım isə yerlilərimiz – dağ yəhudiləri Qod Nisanov və Zarax İliyevdir. Onlar Moskva meriyasının bəyəndiyi layihə üzrə inşa işləri ilə artıq lap yaxından məşğuldur.Elmi axtarışlarıma gəlincə, çox tezliklə İtaliyada italyan dilində son kitabım çapdan çıxacaq. Romada isə mənim bu ölkənin alimləri ilə görüşüm gözlənilir. Bir çox ölkələrdə bəyənilən və populyarlıq qazanan “Cinayətin və cəzanın fəlsəfəsi” kitabım isə Çində çin dilində çapdan çıxıb.- Lap yaxınlarda bəzi KİV-lər Sizin biznes tərəfdaşınız Qod Nisanovun Bakı bulvarında böyük bir mühafizə ilə gəzintiyə çıxdığını əks etdirən şəkillər dərc eləmişdi. Şəhərimizdə belə təhlükəsizlik onun nəyinə gərəkdir? – Yanılmıramsa, bunu bir yerli sayt eləmişdi. Fürsətdən istifadə edib, bu cür saytlara və onların havadarlarına minnətdarlıq etmək istəyirəm. Sağ olsunlar, bizi unutmurlar. Bulvarda gəzintiyə gəlincə, belə təşəbbüs Ümumdünya Yəhudi Konqresinin sədrindən gəlmişdi. Bildiyiniz kimi, o, paytaxtımızda ölkə prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi. Bu sayda mühafizəçi də heç kimə görə yox, məhz həmin şəxsə görə idi. Qod Nisanova gəlincə, o, olduqca sadə insandır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler