Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rusiya NATO-su”nun başına ermeni getirilir – Qarabağ müharibesinin fitili çekilir?

11 Eylül 2016
3:40 pm


11/09/2016 [19:39]: xeber –
Blokada vəziyyətində nəticəsində gündən-günə taqətdən düşən və boşalmaqda olan işğalçı Ermənistanın rəhbərliyi Qarabağ məsələsində konstruktiv mövqe tutmaq əvəzinə, yeni təhlükəli oyunlara və planlara girişib. Rəsmi İrəvan dünyanın ondan çoxdan səbirsizliklə gözlədiyi güzəştlərə nəhayət, qol qoymaq əvəzinə, süni surətdə vaxt udmağa çalışır. Düşmən ölkədə iyul ayında polis postunun silahlı qrup tərəfindən tutulması şosundan az sonra indi də hökumətdə kadr dəyişiklikləri aparılmasına başlanması siyasi təhlilçilərdə ən əvvəl belə qənaəti yaradıb.Bu arada bəlli olub ki, sentyabrın 14-də “Rusiya NATO”su kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katib seçiləcək. Haızrkı baş katib Nikolay Bordyujanın sözlərinə görə, onun xələfi Ermənistandan olacaq. Bəzi informasiyalara görə, həmin namizədin kimliyi ətrafında artıq qapalı müzakirələr də başlayıb.Yada salaq ki, KTMT-nin başına erməni generalının gətirilməsi məsələsi bir neçə ay öncə də gündəmə gəlmişdi. Lakin bu təyinatın Türkiyə və Azərbaycanda haqlı qıcıq yaradacağı səbəbindən son anda həmin addımdan vaz keçilmişdi. İnid isə belə görünür, məsələ təzədən aktuallıq qazanıb. Ola bilsin, Moskva bununla son vaxtlar Qərbə sarı daha çox boylanan və anti-Rusiya ovqatı yaşanan forpost Ermənistanı özünə daha güclü bağlamaq niyyəti güdür. Axı, hər necə olmasa, baş katib erməni olsa da, “iplər” yenə Kremldə olacaq. Amma və lakin…*****    Siyasi şərhçilər Nikolay Bordyujanın son zamanlar İrəvanı “su yolu”na döndərməsinə, Ermənistanın mövqeyini dəstəkləməsinə və zaman-zaman anti-Azərbaycan açıqlamalar verməsinə də diqqət yönəldirlər. O sırada politoloq Elxan Şahinoğlu hesab edir ki, bununla belə, Bordyuja Rusiyanın təmsilçisidir və tam özfəaliyyətlə məşğul ola bilməzdi:  “Yəni Kremlin istəyi əleyhinə Azərbaycanı hədəf götürə bilməzdi. Onun üçün müəyyən qırmızı cizgilər var idi. İndi isə baş katib erməni olacaq və aydındır ki, öz ölkəsinin maraqlarından çıxış edəcək. Baş katibi erməni olan KTMT-dən isə gələcəkdə istənilən təxribat gözləmək mümkündür”. Politoloqa görə, yeganə ümid Azərbaycanın tərəfdaşları olan Belarus və Qazaxıstanadır. “Bu iki dövlət KTMT-nin üzvləri olaraq erməni baş katibi mümkün təxribatlardan çəkindirməlidir. Ermənistanın KTMT-dəki üzvlüyünün məqsədi digər üzv dövlətləri Azərbaycanla qarşı-qarşıya qoymaqdır. Ancaq hələ ki, özündən başqa digər üzv dövlətlər Azərbaycanla münasibətləri gərginləşdirmir, tam əksinə, aprel döyüşlərində qurum neytrallığını qorudu”, – deyə o vurğulayıb. Ekspertin fikrincə, başqa cür ola da bilməzdi, çünki: “KTMT Ermənistanın təhlükəsizliyinə cavabdehdir, Azərbaycanın isə Ermənistana hücum etmək planı yoxdur, Dağlıq Qarabağ və ətraf rayonları azad etməyə çalışır. Dağlıq Qarabağ və ətraf rayonlar isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yurisdiksiyası xaricindədir. Ona görə də növbəti dəfə müharibə başlasa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı xilas edən deyil”.***** Xatırladaq ki, KTMT Akademiyasınım mərkəzi ofisi İrəvandadır. O da maraqlıdır ki, bu xəbərlər fonunda Ermənistan hakimiyyətində “Qarabağ klanı” son günlər öz mövqeləini daha da gücləndirib. Bu klanın əsas odioz fiquru olan prezident Serj Sərkisyan yerli erməni olan baş nazir Ovik Abramyanı vəifəsindən azad edərək, onu qarabağlı Karen Karapetyanla əvəzləyib. Müdafiə naizri postuna isə qarabağlı Seyran Ohanyanın yerinə daha betəri – əsgəranlı başkəsən Balasanyanın gətirilməsi gözlənilir.Bütün bu kadr dəyişiklikləri sözsüz ki, Ermənistanda 1998-ci ildə hakimiyyəti zorla ələ keçirmiş “Qarabağ klanını”nön öz mövqeyini gücləndirməsi ilə yanaşı, “müharibə partiyası”nın daha da ayaqlanması deməkdir. Söz düşmüşkən, iyul aylında polsi binasını ələ keçirən radikal silahlı müxalifətin əsas tələbi məhz rəsmi İrəvanın Qarabağ məsələsində barışmaz mövqe tutması və “milli hökumət” qurulması ilə bağlı idi. “Milli” deyəndə təbii ki, radikal mövqeli kadrlar nəzərdə tutulur.   Bütün bunların ardınca üstəgəl, KTMT-yə rəhbərlik də erməni generala həvalə edilsə, o zaman bu, Azərbaycanın qarşısına açıq-aşkar əlcək atılması anlamına gələcək. Odur ki, rəsmi Bakı qardaş Türkiyə ilə birgə vaxt itirmədən hərəkətə keçib regiona yaxşı heç nə vəd eləməyən bu potensial təhlükəni, lap dəqiqi, erməni təxribatını önləməlidir. Hər necə olmasa, Moskva Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər saxlamaqda maraqlıdır və Bakı və Ankaranın narahatlığını ciddiyə almaya bilməz.  ***** Bu xüsusda Azərbaycanın müdafiə naziri, general Zakir Həsənovun son bəyanatı da aprel döyüşlərindən sonra revanş xülyası ilıə yaşayan düşmən generaliteti və rəhbərliyi üçün soyuq duş effekti yadara bilər və xəbərdarlıq baxımından tamamilə yerinə düşür. Müdafiə naziri Qurban bayramı ilə bağlı Silahlı Qüvvələrin şəxsi heyətinə ünvanladığı təbrik məktubunda deyib: “Aprel döyüşləri ordumuzun döyüş ruhu və qabiliyyətinin, gücünün təsdiqi oldu. Torpaqlarımızın bir qismi işğaldan azad edildi. Ali Baş Komandan “Biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın” fikrini dəfələrlə vurğulayıb. Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları qısa müddətdə işğaldan azad etməliyik”.Qeyd edək ki, müdafiə nazirimizin düşmənə xəbərdarlığı əks etdirən bu təbriki Ermənistandakı bəzi ünvanlara da çatıb və belə görünür, lazımi nəticə də artıq çıxarılıb. Çünki gələn informasiyalara görtə, bu təbrik məktubu Ermənistanda özünəməxsus təlaş yaradıb. “Silahlı Qüvvələrimizə ünvanlanan Qurban bayramı təbriki və orada şəxsi heyətə çatdırılan arzu və istəklər belə artıq Ermənistan hakimiyyəti tərəfindən qorxu hissi ilə qarşılanır”. Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistanın hərbi-siyasi rəhbərliyinin son dövrlər bəzi məsuliyyətsiz və əsassız çıxışları ilə bağlı AzərTAc-a deyib.Aprel döyüşlərindən sonra təlaş içində olan Ermənistan siyasi rəhbərliyinin radikal addımlar atmaqla çıxış yolunu hakimiyyətdəki lazımsız “ballastlardan” qurtulmaqda axtardığını vurğulayan general daha sonra bildirib: “Əvvəlcə hərbi qurumlardan xeyli sayda yarıtmaz rəhbər heyətin qovulması, hətta bəzilərinə cinayət işlərinin açılması, sonra isə siyasi rəhbərlikdə “təmizləmə” əməliyyatına başlanılması Sərkisyan rejiminin istənilən yolla hakimiyyətdə qalmaq məqsədindən xəbər verir. Bu addımlara özlərinə lazım olan donu geyindirmək üçün isə Ermənistan hakimiyyəti xalqını Azərbaycan “təhlükəsi” ilə qorxudur. Məhz bu səbəbdən də Azərbaycan tərəfindən səsləndirilən istənilən bəyanatı rəsmi İrəvan öz hakimiyyətinə potensial təhlükə kimi görür. Belə olmasaydı, bayram təbrikinə belə, erməni tərəfi səksəkəli reaksiya verməzdi”.Erməni xalqının, onun kriminal hərbi-siyasi rejiminin daim qorxu və vahimə içərisində yaşamaqdan qurtarmağın yeganə və ən düzgün yolu isə Azərbaycan torpaqlarının tezliklə işğaldan azad edilməsidir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler