Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rusiya İran ve Ermenistan vasitesi ile Azerbaycanı mühasireye alır”

19 Haziran 2016

10:52 am


19/06/2016 [14:51]: xeber –
Məlum olduğu kimi, İran və
Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı saziş imzalanıb. Maraqlıdır, bu saziş
Azərbaycanın təhlükəsizliyi baxımından hər hansı təhlükə ehtiva edirmi?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən politoloq Qabil Hüseynli baş verənlərin Azərbaycan
üçün yaxşı heç nə vəd etmədiyini vurğuladı:

“Rusiya İran və Ermənistan
vasitəsi ilə bir növ Azərbaycanı mühasirəyə alır. Ermənistanla strateji əməkdaşlıq
haqqında sazişin imzalanması, Ermənistanın KTMT-ə üzv qəbul edilməsi, Ermənistanla
hava hücumundan müdafiə sistemlərinin yaradılması, İranla sazişin imzalanması və
s. buna nümunədir. İranla Rusiya arasındakı saziş elə bir təəssürat yarada bilər
ki, bu əməkdaşlıq ABŞ-a və ya kiməsə qarşı yönəlib. Lakin İranın bir dərdi var ki,
o da Azərbaycan dərdidir. İran çalışır ki, Azərbaycanı daim müəyyən təzyiq
altında saxlasın. Iran nə qədər iddia etsə ki, bütün bunlar təhlükəsizlik məqsədi
ilə edilir, bu, boş söhbətdir. Belə bir müqavilənin imzalanması əslində gözlənilən
idi. Onsuz da İran-Rusiya, İran-Ermənistan münasibətləri müqavilələrdən öncə də
yüksək səviyyədə idi. Münasibətlərin müqavilə səviyyəsində öz əksini tapması
kimin-kim olduğunu daha aydın göstərdi”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler