Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rusiya İlham Əliyevin bu emeyinin mükafatını vermelidir” – ŞƏRH

14 Temmuz 2016

6:04 pm


14/07/2016 [22:03]: xeber –
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Vladimir Putinin Azərbaycana gözlənilən səfərinə münsaibət bildirərkən ilginc bir ifadə işlədib ki, Putin heç zaman əliboş gəlmir.Maraqlıdır, Putin bu dəfə Bakıya nə ilə gəlir? Onun əlində gətirdiyi təkliflər və ya şərtlər nədən ibarət ola bilər?Politoloq Cümşüd Nuriyev sayt-a açıqlamasında bildirdi ki, Rusiya Azərbaycanı hər vəchlə əlində saxlamaqla Qafqazda öz siyasətini həyata keçirmək istəyir:“Azərbaycan regionun açar dövlətidir. Rusiya Azərbaycanı əlində saxlamaqla Qafqazda öz siyasətini həyata keçirmək istəyir. Qərb və ABŞ-ın da regionda öz maraqları var. Putinin Bakı səfərində əsas məqam Putin planının müzakirəsi olacaq. Bu planın içərisində nə Kazan variantı, nə Vyana danışıqları, nə də Madrid prinsipləri olacaq. Putinin tam fərqli planı olacaq. Çünki Azərbaycan prezidenti ciddi bəyanat verərək bütün dünyaya özünə arxayın bir lider kimi göstərdi. Azərbaycan bir dövlət kimi Rusiya, ABŞ, Fransa ilə müqayisə oluna biləcək dövlət deyil. Amma prezidentin verdiyi bəyanatın statusu daha böyükdür. Prezident Lavrovun səfərindən sonra bəyanatı bir qədər də təkmilləşdirdi. Deməli, burada Putinin variantı var. Bu məsələdə başqa məqam da var. Putin Bakıya səfər edəndə İran prezidenti də Bakıya gələcək. İran-Rusiya tandeminin iqtisadi sahədə ölkəmizə nə vəd edə biləcəyi də maraqlı məsələlərdəndir. Bildiyimiz kimi İran da Azərbaycanın ərazisindən keçərək yeni layihələrə qoşulmaq istəyir. Rusiyanın da iqtisadiyyatını inkişaf etdirmək planları var. İndiki həssas dönəmdə Türkiyə ilə münasibətlərinin düzəlməsi də ruslara çox vacib idi. Bu münasibətlərin düzəlməsində Azərbaycan prezidentinin titanik əməyini qeyd etməmək mümkün deyil. İpə-sapa yatmayan Ərdoğanın Rusiyada üzr istəməsi münasibətlərdə buzu əritdi. Rusiya İlham Əliyevin bu əməyinin mükafatını verməlidir. Ola bilər ki, 5 rayon yox, 6 rayon qaytarılsın, Laçın dəhlizi sonraya qalsın. Ermənilərin istədiyi kimi aralıq statusu da olmaya bilər. Sarkisyanın son sayıqlamalarına baxanda görmək olar ki, Ermənistan məsələnin ciddi olduğunu dərk edib. Qarabağ variantını kənara qoyub Naxçıvan məsələsini müzakirəyə çıxarıblar. Sarkisyan 2008-ci ildən bu variantların üzərində sayıqlayır və yenidən bu varianta qayıdır. Hesab edirəm ki, Putinin səfərində Xəzərin bölünməsi ilə bağlı məsələlər də müzakirə oluna bilər. Artıq Lavrov bəyanat verdi ki, 2017-ci ildə bununla bağlı sənəd imzalana bilər. Gürcüstanla bağlı müzakirələrin olması da realdır. Putinin səbətində bir çox şeylər ola bilər. Nə olur-olsun bircə silah olmasın. Silahı pulumuzla da ala bilərik.”okKonuşma SonuBir mesaj yaz…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler