Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiya ile NATO-nun toqquşacağı 4 nöqte -BİRİ QARABAĞ..

30 Eylül 2016

7:24 am


30/09/2016 [11:22]: xeber –
Qlobal sülhə əsas təhlükə, heç şübhəsiz, supergüclərin münaqişəli zonalarda, o cümlədən Güney Qafqazda  toqquşan həyati maraqlarıdır. Fakt budur ki, beynəlxalq terrorizmlə bağlı ortaq təhlükəyə rəğmən, Rusiya və ABŞ (NATO) əksər prinsipial məsələlərdə rəqib kimi qalmaqda davam edirlər. Bir çox ekspertlər də etiraf edirlər ki, iki tərəf arasında indi yalnız dar əməkdaşlıq imkanları mövcuddur.Lomonosov adına Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko da bu xüsusda hesab edir ki, hazırda Baltik dənizindən tutmuş, Qara dənizə kimi böyük bir region Rusiya ilə NATO-nun hərbi toqquşma riski yüksək olan nöqtələrlə zəngindir. Ekspert “Vesti Kavkaza” nəşrinə açıqlamasında toqquşma nöqtələrinin əsasən 4 olduğunu deyib.“Birinci və ən ağrılı nöqtə Dnestryanı bölgədir. Bu bölgə Rusiya ilə nə dəniz, nə də quru sərhədə malikdir. Bizim oradakı qruplaşmamız xaricdən əlaqəsi kəsilmiş şəkildə qalmaqdadır. NATO isə qonşu Rumıniyada öz hərbi infrastrukturu gücləndirir. Təsəvvür edək ki, Ukrayna və Moldova bizim Dnestryanı bölgədəki hərbi qüvvələrimizə qarşı əməliyyata başlayır. O zaman Rumıniya da qoşulur və bizə bəyan edirlər ki, Rusiyanın bu müharibəyə qoşulması NATO ilə müharibə deməkdir”, – deyə politoloq qeyd edib.İkinci potensial toqquşma məkanı kimi o, Baltik dənizini göstərir: “Hazırda İsveç və Finlandiyada yaşayan anti-Rusiya isterikası, sadəcə, onları NATO-ya cəlb eləmək cəhdi deyil, daha çox Fin körfəzi akvatoriyasını bizim üzümüzə bağlamaq cəhdidir. O halda Kalininqrad Rusiyanın yerdə qalan ərazisindən təcrid olunacaq. Bizimlə hətta heç müharibə aparmaya bilərlər. Bizə sadəcə, deyəcəklər ki, ”Situasiya budur, nədə siz bizə güzəşt edə bilərsiniz, misal üçün, Ukrayna və ya Suriya məsələsində…””Rusiyalı analitik tərəflərin toqquşa biləcəyi üçüncü ağrılı nöqtə qismində isə məhz Suriyanı görür: “Hazırda orada uçuşsuz zona haqda danışıqlar gedir. Onlar bunu necə həyata keçirəcəklər. Bu, bizim hava hücumundan müdafiə sistemlərimizin iştirak elədiyi hərbi münaqişədir”.Ekspert Güney Qafqazı dördüncü təhlükəli nöqtə hesab etdiyini deyir. “Məsələ ondadır ki, Gürcüstan ətrafında gərginlik qalır. Bu yaxınlarda orada NATO-nun öz infrastrukturunu yerləşdirmək cəhdləri də göstərdi ki, Qafqaz istiqamətində təhlükə də qəti olaraq sönməyib. Son zamanlar Ermənistanda müşahidə elədiyimiz anti-Rusiya qüvvələrinin fəallaşmasını nəzərə alsaq, burada da gərginlik ocağı yarana bilər… Odur ki, situasiya bizdən çevik reaksiya qüvvələri, çevik siyasi qərarların qəbulu və müvafiq hərbi potensial malik olmaq tələb olunur”, – deyə ekspert sonda vurğulayıb.*** Maraqlıdır ki, bu arada ABŞ-ın “Politico” nəşrində Atlantik Məsləhət Şurasının üzvü, siyasi analitik Barbara Slavinin məqaləsi yer alıb. Məqalədə Amerikanın Qarabağla bağlı ayrıca plan-ssenarisinin olduğu iddia edilir (publika.az). Məlumata görə, “Orta və Cənub-Şərqi Asiya ölkələri üçün Amerikanın uzunmüddətli planı” (U.S. long-term Program for Central, Southeast Asia) adlı materialda Dağlıq Qarabağ da daxil olmaqla bir sıra regionlarda həyata keçiriləcək planlar öz əksini tapıb.“ABŞ-ın Rusiya və Orta və Cənub-Şərqi Asiya ölkələri üçün böyük strategiya planı bir il öncə ciddi şəkildə hazırlanıb. Bu strategiyada Orta və Cənub-Şərqi Asiya ölkələrində Rusiya və Çinin təsirinin minimallaşdırılması planlaşdırılır. Planda Azərbaycan da daxil olmaqla, bütün region ölkələri üçün ayrıca ssenarilər hazırlanıb”, deyə – materialda iddia olunur. Ən diqqətçəkən məqamlardan biri də Dağlıq Qarabağla bağlıdır. Belə ki, plana görə, ABŞ qoşunlarının müəyyən hissəsi təlim bəhanəsi ilə Dağlıq Qarabağda yerləşdirilir. Planda həmçinin eyni bəhanə ilə Amerika əsgərlərinin Tacikistanın Kurqan-Tube ərazisinə yerləşdirilməsi nəzərdə tutulur. Mərkəzi Asiyanı ələ keçirmək istəyən ABŞ-ın planında isə aşağıdakıların yer aldığı deyilir:“Tacikistanın təhlükəsizlik sisteminə daxil olmaq;Düşənbədəki Amerika səfirliyində 250 casus yerləşdirmək;Düşənbədə Amerika ictimai təşkilatlarının yaradılması; Avropa və Amerikaya rəğbət bəsləyən Tacikistan hökumətində və cəmiyyətindəki nümayəndələri Qərbdə təhsillə təmin etmək”. Plana əsasən, Rusiya ilə fikir ayrılığında olan Tacikistan prezidenti Emomali Rəhmona dəstək verilir və Amerika əsgərləri ekstremist terrorçulara qarşı mübarizə adı altında bu ölkəyə daxil olur. Yəni Mərkəzi Asiyanın fəth olunması planı məhz Tacikistandan aparılır. İddia olunur ki, Amerika əsgərlərinin Dağlıq Qarabağa yerləşdirilməsi Rusiyanı cənub sərhədlərindən “vurmaq” planına daxildir.O da maraqlıdır ki, sözügedən məqalə artıq “Politico” nəşrindən çıxarılıb.***Bu qəbildən iddiaların, ssenari və planların nə dərəcədə həqiqətə yaxın olduğunu söyləmək əlbəttə ki, çətindir. Yəqin ki, yaxın perspektivdə toqquşmaların mümkün olub-olmayacağı da bilinəcək. Ancaq bir şeyi əminliklə söyləmək olar ki, Azərbaycan, Ermənistan və Gürcüstanın yerləşdiyi Cənubi Qafqaz gerçəkdən də Rusiya və ABŞ-ın maraqlarının toqquşduğu regionlar sırasındadır. Ən əsası, getdikcə bu ziddiyyətlər özünü daha qabarıq şəkildə büruzə verməkdədir. Bəzi analitiklərə görə, ABŞ bu bölgədən, xüsusən də Ermənistandan Rusiyanı vurub çıxarmaq planına artıq start verib. Belədirsə, Qarabağ məsələsi üçün də yeni, eyni zamanda ikiqat həssas bir mərhələnin çatdığını söyləmək mümkündür. Əlavə edək ki, Dağlıq Qarabağ münaqişəsinin dinc həll prosesinin dalana dirənməsinin aparıcı səbəblərindən biri Rusiya ilə NATO-nun aparıcı dövləti ABŞ arasında Güney Qafqazda gedən və güclənməkdə olan mənafe savaşıdır.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler