Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiya Ermenistanın qazını kesdi…

11 Temmuz 2016

12:32 pm


11/07/2016 [16:31]: xeber –
Ermənistan əhalisi bir ay ərzində Rusiya qazından istifadə edə bilməyəcək. Bu barədə “Qazprom Ermənistan” şirkəti rəsmi xəbər yayıb. Qazın verilişində fasilənin yaranmasına səbəb isə magistiral qaz kəmərində təmir işlərinin aparılmasıdır.Təmir işlərinin 10 iyuldan 10 avqusta qədər aparılması nəzərdə tutulub.Gürcüstanın ərazisində “Kazax-Saquramo” magistral qaz kəmərində kranlarının əvəzlənməsi və sürüşmə baş verən ərazidə bərpa edilən hissənin yenidən birləşdirilməsi işi aparılacaq.Bu müddət ərzində Ermənistan əhalisinin qaz təminatı yeraltı anbarlarda saxlanılan “mavi yanacaq” hesabına təmin ediləcək. Ermənistanın qaz bazarı tamamilə Rusiyanın nəzarəti altındadır. 2014-cü ildə Ermənistan hökuməti “ArmRosqazprom” şirkətindəki sonuncu 20 faiz payını “Qazprom”a satıb.Həmin vaxtdan etibarən “ArmRosqazprom” “Qazprom Armeniya” adlandırılır. (ANS)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler