Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rusiya Ermenistanı bütün parametrler üzre dirçeltmeye çalışır”

30 Ekim 2016

3:00 pm


30/10/2016 [18:58]: xeber –
“Ermənistan Rusiya tərəfindən
aktiv şəkildə himayə olunur”.

Bunu sayt-a
açıqlamasında “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert
Üzeyir Cəfərov bildirib. Ekspertin sözlərinə görə, görünən odur ki, Rusiya
bütün mümkün vasitələrlə Ermənistanı ayaqda tutmağa çalışır:

“Rusiya Ermənistanı öz
qanadı altına alıb. Onu bütün parametrlər üzrə ayağa qaldırmağa çalışır. Gümrüdəki
102-ci bazadakı tank və zirehli texnikanın bir hissəsi artıq Ermənistan Silahlı
Qüvvələrinin sərəncamına verilməyə başlayıb. Rusiya özlərinə məxsus ikinci,
üçüncü nəsil texnikaları Ermənistana verir. Özləri isə son model tank və
artilleriya vasitələri ilə silahlanır, Cənub hərbi dairəsini də bu cür müasir
silahlarla təmin edirlər. Ermənistanı hərbi və digər parametrlər üzrə gücləndirmək
Rusiya siyasətinin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler