Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiya desantçıları “Allahu Əkber” dedi – MARAQLI FOTOLAR…

24 Ekim 2016

5:04 pm


24/10/2016 [21:00]: xeber –
Rusiya desantçıları Misirdə öz həmkarlarıyla birgə namaz qıldılar.  sayt-ın xarici İslam saytlarına istinadla verdiyi məlumata görə, hərbçilər ibadəti “Dostluq keşikçiləri-2016”  hərbi təlimlərinin əsas mərhələsinin başlanması ərəfəsində icra ediblər. Rusiya Hava Desant Qoşunlarının imam-muhtəsibi Ali-Hazrat Şamşaddinovun sözlərinə görə, onun təlimlərdə ruslar arasında görünməsi Misir  hərbçiləri üçün gözlənilməz olub. “…Rusiya HDQ-də müntəzəm olaraq namaz qılan müsəlmanlar da xidmət edirlər. Təlimlərin əsas mərhələsi ərəfəsində biz Misir desantçılarıyla birgə  ibadət etdik. Onlar buna çox şad oldular. Məhəmməd Peyğəmbər əleyhissəlam buyurub ki, Allah qarşısında hamı bərabərdir. Desantçılar isə nəinki fiziki baxımdan, həm də ruhən sağlam olmalıdırlar. Məhz namaz bizə çətinliklərə sinə gərmək üçün güc verir” – deyə imam bildirib. Xatırladaq ki, Rusiya və Misir desantçılarının Aleksandriya yaxınlığındakı birgə  antiterror təlimləri oktyabrın 15-də başlayıb və 26-dək davam edəcək. Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler