Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiya Dağlıq Qarabağ meselesinde Azerbaycana destek verermi? – VİDEOSORĞU

20 Eylül 2016

10:28 am


20/09/2016 [14:27]: xeber –
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə önəmli rol oynayan tərəflərdən biri də Rusiyadır. Həm aprel döyüşlərinin yekunu, həm də hazırda danışıqlar prosesinin gedişatı göstərir ki, Rusiya dəstək vermədən Dağlıq Qarabağ münaqişəsinin həlli çətin görünür. Regionun hegemon dövləti sayılan Rusiya isə Azərbaycan tərəfinə dəstəyini vəd etsə də, kritik məqamlarda Ermənistanın xeyrinə davranır. Bəs, münaqişənin həllində bundan sonrakı mərhələdə Rusiya Azərbaycana dəstək verərmi? Əhali Rusiyanın Qarabağ məsələsində Azərbaycanın yanında olacağına inanırmı?sayt xəbər verir ki, musavat.com bu sualla bağlı ictimai rəyin necə olduğuna aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirib. Sakinlərin əksəriyyəti Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu vurğulasalar da, bu dövlətin Azərbaycana dəstək verəcəyinə inanmadıqlarını bildiriblər. Respondentlər Dağlıq Qarabağ probleminin həllinin bu qədər uzanmasının əsas günahkarı kimi elə Rusiyanı gördüklərini, bu dövlətin isə sadəcə, öz maraqlarını güddüyünü vurğulayıblar. Vətəndaşlar ölkənin müharibəyə hazır olduğunu və öz gücümüz hesabına Dağlıq Qarabağ problemini həll etməyə qadir olduğumuzu qeyd ediblər. Sorğu iştirakçıları üçüncü dövlət kimi Türkiyə və ABŞ-ın köməyinə ümid etdiklərini, lakin Rusiyanın heç bir halda bunu etməyəcəyini bəyan ediblər. Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler