Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiya bu tarixde dağılacaq, sonra… – PROQNOZ

14 Eylül 2016

10:40 am


14/09/2016 [14:38]: xeber –
Rusiya 2017-ci ildə vahid dövlət kimi mövcudluğunu dayandıracaq. Bu proqnozla Ukraynanın millətçi “Azadlıq” Partiyasının lideri Oleq Tyaqnibok Kiyevin Podolsk rayon məhkəməsinin yanında keçirilən mitinqdə çıxış edib. “Biz hesab edirik ki, 2017-ci il Kreml üçün son olacaq. Bunu yalnız biz demirik, həm də bir çox politoloq və analitik vəziyyəti düzgün qiymətləndirirlər. Rusiya bir neçə milli dövlətə parçalanacaq və Ukrayna bu prosesi stimullaşdırmağa məcburdur”, – Tyaqnibok bildirib. O, əlavə edib ki, Rusiyanın dağılacağı halda Kiyev itirilmiş əraziləri özünə dərhal qaytaracaq. “Biz həmçinin Sovet İttifaqının dağılmasından sonra Ukraynanın almadığı payı tələb edəcəyik. Məsələn, qızıl-valyuta ehtiyatları, almaz fondu, xarici nümayəndəliklər”, – Ukrayna millətçilərinin lideri vurğulayıb. Daha əvvəl isə Ukrayna prezidenti Pyotr Poroşenko Luqansk və Donetsk “xalq respublikaları”nın ərazisinə, həmçinin Krıma dövlət bayrağının qayıdışını mürəkkəb məsələ adlandırıb.(Publika.az )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler