Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rusiya Azerbaycan teyyarelerini vurmayacaq”

28 Haziran 2016

10:36 pm


29/06/2016 [02:32]: xeber –
Ermənistan parlamentinin bugünkü iclasında müxalifətdən olan deputat Nikol Paşinyan ölkənin Müdafiyə nazirini sərt tənqid edib. sayt erməni mətbuatına istinadən məlumat verir ki, Paşinyan iclasdakı çıxışında “Ermənistan 25 il ərzində nə üçün döyüş təyyarələri əldə etməyib?” sualını qaldırıb.Nikol Paşinyan müdafiə nazirinin Hava Hücumundan Birgə Müdafiə Sisteminin yaradılması ilə bağlı parlamentdə keçirilən müzakirələrə qatılmış müavinə sualı ünvanlayıb: “Dövlət 25 ildə nə üçün bu təyyarələri almayıb? Siz indi deyirsiniz ki, burada Rusiyanın qırıcıları, Hava Hücumundan Müdafiə Sistemi var və zərurət olsa, biz onlardan istifadə edə bilərik. Tutaq ki, Ermənistan bu gün həmin qüvvələrə havaya qalxmaq əmri verdi, Rusiya isə əksinə. Həmin təyyarələr səmaya qalxacaq ya yox?!”. O, əlavə edib ki, aprel döyüşlərindən sonra bir dənə də olsun əlamət yoxdur ki, ordunu gücləndirdirməyə təsdiq edilsin. “Rusiyanın hərbi bazasındakı HHM qüvvələri Azərbaycan təyyarələrini vurmayacaq və onlar yalnız 4-cü və ya 5-ci Dünya müharibələri üçün nəzərdə tutulub, hansı ki, həmin müharibələrdə Ermənistanın heç bir marağı yoxdur”. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler