Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rus-türk anlaşmasında “Azerbaycan izi” –İlginc gelişme

17 Ağustos 2016

5:52 am


17/08/2016 [09:48]: xeber –
Şoyqunun qəfil Bakı ziyarətində üçüncü hədəf; Ankara-Moskva barışından sonra şimal qonşumuz üçün ölkəmizin geostrateji önəmi ikiqat artıb; Rusiya Xəzərdən Suriyanı vurmaq üçün Bakının razılığını niyə istəyib, Türkiyənin 3 bəndlik həll planı nəyə hesablanıb?; Rus hərbi nazirin Azərbaycan səfərinin və dənizdəki son hərbi təlimlərin daha bir pərdəarxası… Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycana iki günlük işgüzar səfəri haqda yazmışdıq. Səfər çərçivəsində nazirin prezident İlham Əliyev və azərbaycanlı həmkarı Zakir Həsənovla görüşlərində əsasən iki ölkə arasında hərbi-texniki əməkdaşlıqla (silah ticarəti) bağlı məsələ və Qarabağ mövzusunun müzakirə olunduğu deyilirdi. Bundan əlavə, yayılan informasiyalara görə, tərəflər bəzi beynəlxalq və regional təhlükəsizlik məsələlərini də diqqət mərkəzində saxlayıb. Lakin həmin məsələlərin nədən ibarət olduğu açıqlanmırdı. Bununla belə, qabarıq şəkildə müşahidə edilən bir detal var. Nədən söhbət gedir? Ondan gedir ki, Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi Qarabağ problemi ətrafında danışıqlara da yeni stimul və pozitiv dinamika gətirib. Eyni zamanda Azərbaycanın regionda önəmini, o sırada Rusiya üçün geostrateji önəmini xeyli artırıb, adekvat surətdə işğalçı Ermənistanın əhəmiyyətini azaldıb, faktiki, onu “oyundan kənar” vəziyyətə salıb. Prezidentlərin uğurlu Bakı zirvəsi, Peterburqda tarixi Ərdoğan-Putin görüşü, yeni Bakı-Moskva-Ankara formatının yaradılması təklifinin gündəmə gəlməsi və son olaraq Sergey Şoyqunun Azərbaycana səfəri bunu təsdiqləmiş oldu.*****Bu arada S.Şoyqunun Bakıya səfərinin daha bir ilginc məqsədi üzə çıxıb. Belə ki, “Komsomolskaya pravda” qəzeti yazıb ki, səfərdə əsas məqsədlərdən biri Xəzərdən Suriyaya zərbə endirmək üçün platsdarmın yaradılması olub (virtualaz.org). Nəşr bildirir ki, Sergey Şoyqunun müdafiə naziri Zakir Həsənovla danışıqlarında Moskva və Bakının Xəzərdə birgə hərbi fəaliyyəti barədə söhbət gedib. Bildirilir ki, birgə fəaliyyətlə bağlı bütün məsələləri yerindəcə razılaşdırmaq üçün Şoyqu özü ilə birlikdə mütəxəssisləri də Bakıya aparıb. Birgə fəaliyyətin mahiyyətinin nədən ibarət olacağı barədə isə heç nə deyilmir. Lakin məlumdur ki, Rusiya Hələb şəhərinin terrorçulardan və müxalif qruplardan təmizlənməsi üçün həlledici, eyni zamanda irimiqyaslı əməliyyata hazırlaşır. Və bu əməliyyatda Xəzərdən də istifadə edəcək. Xəbər verildiyi kimi, Rusiya Suriyadakı hədəflərə zərbələr endirmək üçün qanadlı raketlərin İran və İraq hava sahəsindən keçməsinə dair icazə istəyib. Tehran bu istəyi artıq müsbət cavablandırıb. Məlumatlara görə, hazırda Rusiyanın Xəzər donanması dənizdə döyüş şəraitinə maksimal yaxınlaşdırılmış hərbi təlimlər keçirir. “Nezavisimaya qazeta” yazır ki, təlimlərə “Kalibr” qanadlı raketləri ilə silahlanmış hərbi gəmilər də qatılıb.”Warfare Worldwide” bloqunda isə dünən səhər saatlarında yer alan digər məlumatda isə deyilir ki, Rusiya İranın Həmədan vilayətindəki aviabazaya qırıcı-bombardmançılar yerləşdirib. “Bu təyyarələr Hələbdə başladılacaq əməliyyatda istifadə olunacaq. Qırıcıların İranda yerləşdirilməsi onların uçuş məsafəsini azaldacaq və beləliklə də bomba yükünü artırmağa imkan verəcək” – məlumatda deyilir.***** Beləliklə, gözlənilir ki, Rusiya Hələbdən ABŞ-ın dolayısıyla dəstəklədiyi “Əl-Nüsra Cəbhəsi”ni (indiki adı “Ceyş əl-Şam”dır) və digər müxalif qrupları vurub çıxarmaq üçün eyni zamanda Xəzər dənizindən, Suriyadakı Hmeymim aviabazasından, İranın Həmədan aviabazasından və Xəzər dənizindən, habelə Aralıq dənizindəki gəmilərdən zərbələr endirəcək. Xəbərlərə görə, Xəzər donanmasının ardınca Rusiya donanması Aralıq dənizində də manevrlərə başlayıb.Müdafiə naziri Sergey Şoyqu “Rossiya 24″ telekanalına müsahibəsində deyib ki, Rusiya ABŞ-la birgə Hələbdə terrorçulara qarşı birgə fəaliyyəti razılaşdırmaq barədə müzakirələr aparır və tərəflər anlaşmaya yaxındır. ”The Guardian” qəzeti də Amerikanı Rusiyanın Hələbdə başladacağı əməliyyata dəstək verməyə yaxın olduğunu yazır. Lakin Birləşmiş Ştatların Dövlət Departamenti Rusiya müdafiə nazirinin sözlərinə şərh verməyib.*****  Maraqlıdır ki, məhz S.Şoyqu Bakıda olarkən Türkiyənin Suriya böhranının həlli ilə bağlı 3 maddəlik planı üzə çıxıb. Bu barədə danışan baş nazir Binəli Yıldırım jurnalistlərə açıqlamasında üstəlik, Suriya probleminin həllinə çox yaxın olduqlarını bildirib. “Biz bölgədə marağı olan qüvvələrlə birlikdə problemi həll edəcəyik” deyən baş nazir məsələnin həlli ilə bağlı Türkiyənin irəli sürdüyü prinsipləri belə sıralayıb: “1.Suriyanın ərazi bütövlüyü qorunacaq. Başqa sözlə, bu ölkədə PYD-nin (terrorçu PKK-nın Suriyadakı qolu – red.) təsiri altında olacaq bir dövlətin qurulması müzakirə edilməyəcək; 2.Yeni mərhələdə məzhəbə, etnik və regional məsələlərdən birinin üstünlüyünə əsaslanan bir dövlət quruluşu olmayacaq. Məzhəb əsasında bir dövlət qurulmayacaqsa, deməli, Bəşər Əsəd də siyasi səhnədə uzun müddət qalmayacaq; 3. Məsələnin Türkiyə ilə bağlı ən əhəmiyyətli hissəsi isə suriyalı qaçqınların geri qayıtmasıdır. Böhran həll edilməyə başlayandan sonra Türkiyə də daxil olmaqla, bölgə ölkələrinə sığınan və qaçan suriyalı qaçqınlar müəyyən proqram əsasında geri dönəcək”.***** Türkiyə baş nazirinin inamlı açıqlamasından ən əvvəl belə qənaət hasil olur ki, Suriya böhranı ilə bağlı Moskva ilə Ankara arasında, hər halda, hansısa ilkin (gizli) anlaşma var. İkinci qənaət budur ki, rəsmi Ankara Bəşər Əsəd məsələsində müəyyən güzəştə gedib və onun aralıq mərhələdə hakimiyyətdə qalmasına artıq etiraz eləmir; “Bəşər Əsəd siyasi səhnədə uzun müddət qalmayacaq” anonsunun açması yəqin ki, budur. Üçüncüsü, belə görünür, Qərb, ABŞ da bu anlaşmaya loyal yanaşır, Ən azı, Avropaya miqrant axınının durdurulacağına görə» – bunu da baş nazir Yıldırım anons edib.Yada salaq ki, 3 bəndlik plandan öncə Türkiyə Rusiyaya Suriyada İŞİD-ə qarşı birgə quru əməliyyat aparmaq barədə təklif vermişdi. Məlumatlara görə, rəsmi Moskva bu təklifi qismən qəbul edib, lakin daha ətraflı öyrənəcəyini bildirib.Beləliklə, Ankara-Moskva barışından sonra gözlənildiyi kimi, Azərbaycan da daxil, bölgəmiz və onun ətrafında yeni, eyni zamanda taleyüklü proseslər start götürüb. Həssas və mürəkkəb bir mərhələyə adlamışıq. Ötən saylarımızda vurğuladığınız kimi, bu prosesin uğurlu sonluğu, Suriya böhranının qardaş Türkiyənin də aktiv müdaxiləsi ilə həlli əsas problemimiz olan Qarabağ məsələsinin də çözümü üçün “yaşıl işıq” yandıra bilər. (musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler