Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rus teyyarelerinin İranda yerleşdirilmesi ABŞ-ın etirazına sebeb oldu

17 Ağustos 2016

5:24 am


17/08/2016 [09:23]: xeber –
Moderator -az xəbər vermişdi
ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin TU-22M3 təyyarələri Həmədan aerodromunda
yerləşdirilib və elə gəldikləri gün-16 avqustda Suriya ərazisində “İslam
Dövləti”nin mövqelərinə avia zərbələr endirib. Röyter agentliyinin verdiyi
xəbərə görə, bu hadisə ABŞ Dövlət departamenti tərəfindən xoş qarşılanmayıb və
Rusiyanın BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli Qətnaməsini pozmasını
aydınlaşdırır.ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Torner
Rusiyanın İranın hərbi bazasından istifadəsini “təəssüflə”
qarşıladıqlarını, amma “təəccüb” etmədiklərini bildirib. Haqqında
söhbət gedən Qətnamə 2015-ci ilin iyulunda qəbul olunub və şərtlərə görə İrana
silah,o cümlədən tank, vertalyot, təyyarə göndərmək yalnız BMT TŞ-nın
razılığıyla mümkündür.

M.Torner rus tərəfini təyyarələrin
yalnız “İslam Dövləti”nin deyil, Suriya müxalifət qüvvələrininə
mövqelərini bombalaması ilə də ittiham edib.

Ölkəmizin yerləşdiyi
coğrafiyanın yaxınlığında hərbi-siyasi proseslərin aktivləşdiyi faktdır. Rusiya müdafiə
naziri Sergey Şoyqunun Bakı və İrəvana etdiyi təcili səfərlər də sıradan bir
hadisə deyil. Cəmi iki gün əvvəl Moskvada “Beynəlxalq Hərbi Oyunların”
bağlanış mərasimində hər iki ölkənin müdafiə nazirlərilə görüşməsinə baxmayaraq,
S.Şoyqunun bölgəyə gəlişi perspektivdə vacib hadisələrə hazırlıq mərhələsindən
xəbər verir. Qarabağın bu mərhələnin bir bəndi olması istisna
deyil. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler