Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rus ordusu separatçı quruma yerleşdi – Resmi

02 Kasım 2016

1:48 pm


02/11/2016 [17:46]: xeber –
Rusiya Duması Rusiya və Abxaziya arasında imzalanmış birgə hərbi qruplar haqqında müqaviləni ratifikasiya edib. Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının vitse-spikeri İrina Yarovaya söyləyib. Onun sözlərinə görə, bu müqavilə üçüncü ölkəyə qarşı yönəlməyib və yalnız müdafiə xarakteri daşıyır: “Biz Abxaziyaya qarşı “aqressiya”nı çox yaxşı xatırlayırıq. Bu regionda təhlükəsizlik və sülh Moskva üçün çox vacibdir”. Qeyd edək ki, bu müqavilə 2015-ci ilin noyabrında Moskvada imzalanıb. Müqavilənin şərtinə əsasən, hər iki tərəf bir-birini müdafiə edəcəkləri haqqında öhdəlik götürürlər. Üstəlik, hərbi əməliyyatlar zamanı birləşmiş hərbi qruplaşma Rusiya Müdafiə Nazirliyinə tabe olur. Abxaziya Gürcüstan ərazisidir. 90-cı illərin əvvəllərində bu ərazilər Moskvanın yardımı ilə Gürcüstandan ayrılıb. 2008-ci ildə Rusiya Abxaziyanın müstəqilliyini tanıyıb. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler