Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rus hekim xercengi bele sagaldir

01 Aralık 2016

2:20 pm

– xeber –
Professor Mixail Yenikeyev xərçəngin müalicəsi üçün bir çox araşdırmalar aparıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, uroloji klinikanın urologiya şöbəsinin müdiri, həkim Mixail Yenikeyev araşdırmaları nəticəsində xərçəngi xəstəyə əzab vermədən və lazımsız əməliyyatlar etmədən sağaltdığını bildirib:
“Yerli anesteziya altında və ümumiyyətlə bədxassəli şişi məhv edirik. Xərçəng dəhşətli xəstəlikdir. Belin aşağı hissəsinə iynə vururuq. Şiş olan nahiyədə 40 dərəcədə xərçəng hüceyrələri dondurulur. Sonra isə heliumla bu donmuş şiş təbii bədən hərarətinə çatana qədər qızdırılır. Belə temperaturun dəyişimi ilə xərçəng hüceyrələri məhv olur. Xəstə əməliyyatdan bir neçə saat sonra evə gedə bilər”.
Həkim sözügedən müalicə metodunu tətbiq edən zaman xəstələri bir neçə gün həkim nəzarətində saxladıqlarını qeyd edib:
“Əlbəttə ki, ilk dəfə belə bir əməliyyat yerinə yetiriləndə, xəstə bir neçə gün həkim nəzarətində saxlanıldı, araşdırmalar aparıldı.
Belə əməliyyatlar müasir texnika və tibb elminin son nailiyyətləri sayəsində mümkün olub. Aydındır ki, belə cərrahi müdaxilələr hamıya uyğun gəlməyə bilər. Məsələn, kiməsə ümumi narkoz altında əməliyyat aparmaq təhlükəlidir”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler