Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rus esger Ermenistandan Türkiyeye qaçmağa cehd etdi

03 Ağustos 2016

3:36 pm


03/08/2016 [19:33]: xeber –
Bu səhər Ermənistandakı 102 saylı Rusiya bazasından özbaşına qaçmış rus əsgər Ermənistan-Türkiyə sərhədi yaxınlığında yaxalanıb. sayt bu haqda erməni mediasına istinadla xəbər verir. Rusiya hərbçisini sərhədyanı Voskeaskkəndinin sakini Gevorg Serobyan görüb. O, bu barədə “Aravot”(“Səhər”) qəzeti əməkdaşına danışıb.  Kəndli əsgəri saxlayıb haraya getdiyini soruşub. Onun 1996-cı il təvəllüdlü əsgər  Sergey Şilov olduğu  məlum olub. “İki ildir ki, Gümrüdəki bazada xidmət edirəm. Artıq yorulmuşam. Burada qalmaqdansa, Türkiyəyə getməyi üstün tuturam”-deyə əsgər bildirib. Əsgər silahlı olmayıb, üzərində yalnız saat, kompas və çanta olub.Erməni kəndli dərhal Rusiya bazası rəhbərliyinə məlumat çatdırıb. Nəticədə əsgər Segey Şilov sərhəd pozuçusu kimi  Ermənistan sərhədini qoruyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin qoşunlarına təhvil verilib.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler