Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rus alimler kino ve televiziya sahesini dirçeldecek inqilabi keşfe imza atdılar

29 Ağustos 2016

8:52 am


29/08/2016 [12:50]: xeber –
Rus alimlər kino və televiziya sahəsinin perspektivlərini artıracaq vacib kəşfə imza atıblar. sayt xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər video təsvirdə insan baxışının istiqamətinin dəyişməsinə nail olublar. Kamera qarşısında televiziya aparıcısı, xəbərləri oxuyan diktor və s. gözlərini obyektivi mərkəzinə deyil, müxtəlif istiqamətlərə-sağa, sola, aşağı, yaxud yuxarıya zilləmiş olurlar ki, bu da keyfiyyətə mənfi təsir göstərir. Rus alimlər kompüterin neyron şəbəkəsinə əsaslanan sistem yaradıblar. İlk öncə xüsusi alqoritmin köməyi ilə kadrda gözün sahəsi məhdudlaşdırılır və xarakterik nöqtələr toplusu hesablanır. Bu məlumatlar neyroşəbəkəyə daxil olur və insanın baxış istiqamətini dəyişir.İstehsalçılar hesab edirlər ki, onların layihəsi yalnız videorabitə üçün deyil, həm də foto və kino sənayesi üçün zəruridir.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler