Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rumıniyanın Azerbaycandakı sefiri ADNSU-nun qonağı olub

03 Kasım 2016

10:24 am


03/11/2016 [14:22]: xeber –
Noyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku ilə görüş keçirilib.Səfiri ADNSU-da görməkdən məmnun olduğunu bildirən rektor, professor Mustafa Babanlı Rumıniya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin olmasını qeyd edib.Rumıniya səfirinə universitet haqqında məlumat verən prof. M.Babanlı ADNSU-da startap məktəbinin yaradıldığını qeyd edib. Bunun üçün İsrail, Ukrayna, ABŞ və başqa ölkələrdən mütəxəssislərin dəvət edildiyini vurğulayan rektor artıq 15 layihənin prototiplərinin hazır olduğunu bildirib. Startap məktəbi sayəsində tələbəyə universiteti yalnız diplomla yox hazır müəssisə ilə tərk etmək imkanı yaratdığını deyən prof. M.Babanlı əsas məqsədin tələbələrin yaradacağı kiçik müəssisələrin gələcəkdə texnoparklara köçürmək olduğunu qeyd edib.Rumıniya səfiri Dan Yankuya Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında məlumat verən rektor Mustafa Babanlı tələbələrin ölkəni tərk etmədən Strasburq Universitetinin diplomunu almaq imkanı əldə etdiyini söyləyib. Bundan başqa Fransanın Renn1, Böyük Britaniyanın Lester, Almaniyanın Zigen, ABŞ-ın Corciya və başqa universitetlərlə çox sıx əlaqələrin olduğunu vurğulayan rektor M. Babanlı ADNSU-da 14 ixtisas üzrə ingilis dilində tədris aparıldığını qeyd edib.Səmimi qəbula görə rektor Mustafa Babanlıya təşəkkür edən Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku ADNSU-nun Azərbaycanın ən nüfuzlu, ənənələrə malik təhsil müəssisələrindən biri olduğunu söyləyib. ADNSU ilə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu deyən diplomat Rumıniya universitetləri ilə tələbə mübadiləsinin hər iki tərəfə verəcəyi üstünlüklərdən söz açıb.Görüşdə əməkdaşlığa dair razılıq əldə olunub və Rumıniya universitetlərinin rəhbərlərinin müzakirə üçün ADNSU-ya dəvət olunması qərara alınıb.Sonda səfir Dan Yanku ADNSU rektoru Mustafa Babanlını Rumıniyanın müstəqillik günü ilə bağlı tədbirə dəvət edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler