Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rumıniya кraliçası vefat edib – FOTO

01 Ağustos 2016

6:40 pm


01/08/2016 [22:39]: xeber –
Rumıniyanın sabiq kralı Mihayın həyat yoldaşı, 92 yaşlı kraliça Ana bu gün İsveçrənin Morj şəhərindəki xəstəxanada vəfat edib. “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, kraliçanın cənazəsi avqustun 9-da Rumıniyaya gətiriləcək.Kraliça Ana ilə vida mərasimi ilk olaraq Sinaya şəhərindəki Kral ailəsinə məxsus “Peleş qəsri”, daha sonra paytaxt Buxarestin Kral Sarayında keçiriləcək. Avqust ayının 13-də isə kraliça Kurtya-de-Arceş şəhərində dəfn olunacaq. Artıq Rumıniya prezidenti Klaus Yohannis və baş naziri Daçian Çioloş Kral ailəsinə başsağılığı teleqramı ünvanlayıblar. Yaxın günlərdə hökümət avqustun 13-nü ölkə üzrə milli matəm günü elan edilməsilə bağlı qərar qəbul edəcək.Kraliça Ana 18 sentyabr 1923-cü ildə Parisdə şahzadə Rene de Bourbon-Parmanın ailəsində dünyaya göz açıb. O, 1948-ci ilin iyunun 10-da Afinada Rumıniya kralı Mihayla ailə həyata qurub. Cütlüyün bu nigahdan 5 qızı dünyaya gəlib.Kraliça Ananın həyat yoldaşı Kral Mihay səhhətindəki problemlə bağlı dəfn mərasimində iştirak etməyəcək. 94 yaşlı kral xərçəng xəstəliyindən əziyyət çəkir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler