Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ruhlar qovuşan yerde…

27 Temmuz 2016

3:36 pm


27/07/2016 [19:33]: xeber –
Milli ordumuzun şəhid polkovnik-leytenantı Sənan Axundovun anası Roza Axundova şəhidlik zirvəsinin 100-cü günü belə düşünür: “Görəsən mən Sənanı sevə bilərəmmi , o, yurdunu, Vətənini və bütövlükdə Azərbaycanı sevdiyi kimi?!”…Bütün bunlar onun düşüncəsidir. Onun – ananın. Əzəməti və duyğularıyla daha böyük olan şəhid anasının: – Hərdən ürəyimdən keçir, bu ötən günlərin, ötüşən gecələrin tutam yaxasından, çəkəm ətəyindən saxlayam və deyəm: Nədi, nə olub, nə qaçaqaç, nə qovhaqovdu?! Heç dünən belə tələsmirdiniz?! Bu sürətlə, bu gedişlə yoxsa məni Sənanımdan uzaqlaşdırmaq, soyutmaq istəyirsiniz?! Yoxsa elə bilirsiniz torpağın üzü doğurdan da soyuqdu?! ……Yox , bunu yandım dedim. Gecənin – gündüzün nə günahı var. Əslində bu gedişlə hər dəqiqə, hər saat məni ona – Sənanıma yaxınlaşdırır. Ruhumuzun qovuşmasına yaxınlaşdırır. Və bir gün üzümüzü köksünə sıxıb əbədiyyət nəğməsi oxuyacağımız bu torpağın uğrunda şəhid olan oğullar zamansız və məkansızdır. Onlar hər yerdə və həmişəlikdir. Hər gün gözlərimi onun qəbrinə, soyadına dikib, düşünürəm.Mənim şah vüqarımdır,Oğlumun abidəsi,Getməz qulaqlarımdan,“Vətən sağ olsun” səsi.Görəsən mən onu – balamı sevə bilərəmmi, o, yurdunu, Vətənini və bütövlükdə Azərbaycanı sevdiyi kimi?! Bu sevgi elə onun babasında, atasında da beləydi və belədi. Hər dəfə başdaşında Axundov Sənan Tahir oğlu oxuyanda bir inam məni ayaq üstə saxlayır. “Müjdəçilər düzüm – düzüm olacaq , yenə də Qarabağ bizim olacaq”.Və mən anayam. Hər ötən günləri, ötüşən gecələri bağrımın başından keçirirəm. Onlar məni – bizi gələcəyə yaxınlaşdırır. Bir günsə…Arzular çiçək açar,Dərdlər qovuşan yerdə.Könüllər bayram eylər,Ruhlar qovuşan yerdə.Valeh Bahaturoğlu,yazıçı, prezdent mükafatçısı




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler