Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rüfetin Lenkerandaca qandallanması mümkündür”

13 Temmuz 2016

12:04 pm


13/07/2016 [16:01]: xeber –
Məlum olduğu kimi, keçmiş
müstəntiq Rüfət Səfərovun məhkəmə işinə Lənkərən Ağır Cinayətlər Məhkəməsində
baxılacaq. Sözügedən məsələyə münasibət öyrənmək, işin Lənkərana göndərilməsinin
səbəblərini öyrənmək məqsədi ilə R.Səfərovun atası, sabiq millət vəkili Eldar
Sabiroğluna müraciət etdik. E.Sabiroğlu sayt-a açıqlamasında işin Lənkəran Ağır Cinayətlər Məhkəməsində
baxılmasına etiraz etmədiyini bildirdi:

“Əvvəlcə bizə bildirirdilər
ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaqdır. Sonda aydın oldu
ki, proses Lənkəran şəhərində baş tutacaqdır. Vəziyyətin nə üçün belə şəkil
aldığını izah etməkdə çətinlik çəkirəm. Lakin qeyd etməliyəm ki, burada
qanunsuz bir addım atılmamışdır. Zərdab ərazi yurisdiksiyasına görə Lənkərən
Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, iş də oraya göndərilmişdir. Ancaq
prosesin Bakı şəhərində aparılacağını da qanun qadağan etmirdi. Yəqin belə məsləhət
görüblər. Prokurorluğun gəldiyi bu qənaət qanuna zidd olmadığından, etirazım
yoxdur. İndi məni düşündürən əsas məsələ məhkəmənin gedişatı ilə bağlıdır. Ədalətə
inamımı itirmək fikrində deyiləm, ancaq başqa vəziyyətlə qarşılaşacağımızı da
istisna etmirəm. Mümkündür ki, Rüfəti oradaca qandallayıb həbsxanaya yola
salsınlar. Bütün bunlara baxmayaraq, səbirlə ədalət mühakiməsinin necə cərəyan
edəcəyini diqqətlə izləyəcəyəm. Nə qədər əziyyət olsa da, yolun uzaqlığını nəzərə
almadan məhkəmənin işində axıracan iştirak edəcəyəm”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler