Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rüfet Seferovun Hüquqlarını Müdafie Komitesinin beyanatı

06 Ekim 2016

2:04 pm


06/10/2016 [18:01]: xeber –
Bu gün Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb.
sayt-a daxil olan bəyanatda deyilir:

“Biz Rüfət Səfərovu həm dəyərli hüquqşünas, həm də sözün əsl mənasında
vətənpərvər bir insan kimi tanıyırıq. O, mütərəqqi düşüncəli, haqqı-ədaləti
qoruyan ləyaqətli bir gəncdir. Ölkədə baş verən haqsızlıqlara, rüşvət və
korrupsiyaya, habelə kütləvi hüquqsuzluğa qarşı etiraz edərək

işlədiyi prokurorluq orqanından istefa vermişdir. Nə qədər qəribə
olsa da, R.Səfərova qarşı məhz rüşvət və korrupsiya ittihamı ilə 10 yanvar
2016-cı i tarixində başdan-ayağa saxta sübutlarla cinayət işi qaldırılmışdır.

Təbii ki, R.Səfərovun bu hərəkəti bəzi səlahiyyət sahiblərinin hiddətinə
səbəb olmalıydı və oldu da.

O, tamamilə absurd ittihamlarla 9 il həbs cəzasına məhkum edildi. Hətta
Lənkəran Ağır Cinayətlər Məhkəməsi işə baxarkən müdafiəçi B.Bayramova təzyiqlər
edilmiş, – müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istənilsə də buna imkan verilməmişdir;
üstəlik, vəkil haqqında  xüsusi qərar
çıxarılacağı ilə hədələnmişdir.

Eyni zamanda, təqsirləndirilən R.Səfərov son söz üçün vaxt istəsə də
hakim buna razılıq verməmişdir. Bu məhkəmə tarixində görünməmiş bir hadisə idi.
Bu isə, öz növbəsində, AR-nın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və Azərbaycan
respublikası qanunvericiliyinə birbaşa ziddir.

Məqsədi və vəzifəsi ədaləti təsbit etmək və onun müdafiəsində
dayanmaq olan  ölkənin məhkəmə sistemi  ədalətsiz, qanunsuz və ancaq nonsens kimi dəyərləndirilməli
olan bir hökm çıxarmışdır.

Hesab edirik ki, bu, təkcə azad düşüncəyə, müstəqil demokratik təfəkkürə
malik olan gənc bir hüquq işçisinə qarşı yox, eləcə də özünü hüquqi dövlət elan
edən ölkənin demokratik imicinə böyük bir zərbədir.

Biz, Müdafiə Komitəsinin üzvü olan ictimai xadimlər, jurnalistlər,
hüquqşünaslar bu sayaq aşkar haqsızlığa qarşı öz qəti etirazımızı bildirir və
ümid edirik ki, həm ölkə rəhbərliyi, eləcə də hüquq müdafiəçiləri bu qanunsuz
hökmün absurdluğunu dərk edərək yol verilmiş bu haqsızlığın tezliklə aradan
qaldırılmasına yardımçı olcaqlar. Əminik ki, ölkədə fəaliyyət göstərən
diplomatik korpuslar, o cümlədən insan hüquq və azadlıqları ilə məşğul olan
beynəlxalq təşkilatlar da bu məsələnin ciddiliyinin fərqində olacaqlar.

Müdafiə Komitəsi bəyan edir ki, R.Səfərovun konstitusiyada təsbit
edilən hüquqlarının pozulması azad sözə və müstəqil düşüncəyə malik vətəndaşa
qarşı cəza tədbiridir.

Ölkə təkcə iqtisadi deyil, həm də siyasi böhran qarşısındadır.
Sosial-iqtisadi, siyasi və psixoloji reallığın belə mürəkkəb bir məqamında məhkəmənin
sifarişlə azad düşüncəyə qənim kəsilməsi, habelə müstəqil yaşam tərzi seçmiş
mübariz bir gəncin 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi yolverilməzdir.

Müdafiə Komitəsi Azərbaycan Respublikasının Konstitusyasında nəzərdə
tutulan məqbul qanuni-hüquqi vasitələrdən istifadə edərək Rüfət Səfərovun azad
olunmasına səy göstərəcək, bu istiqamətdə bütün zəruri addımları atacaqdır”.

 

Eldəniz Quliyev – Azrbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq

 

Bəhruz Bayramov – hüquqşünas

 

Vidadi Mirkamal – hüquqşünas, ədliyyə generalı

 

Mətləb Mütəllimli – hüquqşünas

 

Namizəd Səfərov – hüquqşünas

 

Müzəffər Baxışov – hüquqşünas

 

Yalçın İmanov – hüquqşünas

 

Qurban Məmmədov – hüquqşünas

 

Oqtay Gülalıyev – hüquq müdafiəçisi

 

Pərviz Həşimli – Siyasi və Mülki hüquqlar Müdafiə Mərkəzinin rəhbəri,
keçmiş vicdan məhbusu

 

Şahvələd Çobanoğlu – jurnalist

 

Əvəz Zeynallı – jurnalist, keçmiş vicdan məhkumu

 

Zümrüd Yağmur – yazıçı

 

Rüstəm Behrudi –şair

 

Məmməd İsmayıl – şair

 

Səadət Cahangir – şairə, jurnalist

 

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler