Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rüfet Seferovun hüquqlarını Müdafie Komitesi yaradılıb

05 Ekim 2016

7:56 pm


05/10/2016 [23:52]: xeber –
Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Bu barədə
sayt-ı müdafiə komitəsinin rəhbəri, Azərbaycan Ziyalılar Birliyinin sədri
Eldəniz Quliyev məlumatlandırıb. E.Quliyevin sözlərinə görə, müdafiə komitəsi
öz fəaliyyətini R.Səfərovun azadlığa çıxacağı günə qədər davam etdirəcək:

“Çox təəssüf ki, öz azad fikrinə, ədalətli mövqeyinə görə, təzyiqə məruz
qalan insnaların sayı günbəgün artır. Bunlardan biri də öz xoşu ilə vəzifəsindən
istefa verən, firavan həyatından imtina edən Rüfət Səfərovdur. Ictimai rəydə
onun adı kifayət qədər hallanır. Sadəcə vəzifəsindən uzaqlaşaraq ədlətin
yanında qərarlaşdığına görə ona adekvat olmayan cəza tətbiq olunub. Bu ədalətsizlik
bütün ölkənin, bütün dünyanın gözü qarşısında baş verdi. Hamı bilir ki, bu
siyasi motivli bir həbsdir. Ona 9 illik həbs cəzası veriblər.

Mən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri olaraq bu cür haqsızlığa
biganə qala bilmədim və R.Səfərovun müdafiəsinə qoşulmaq qərarına gəldim. Bu gündən
etibarən Təşkilat Komitəsinin məsləhətləşmələrini aparacayıq. Onlarla insan Rüfət
Səfərovun hüquqlarını Müdafiə Komitəsinə üzv olmaq üçün mənə müraciət edib. Mən
istəyirəm ki, bu komitədə həqiqətən də ləyaqətli insanlar təmsil olunsun. Ictimaiyyət
də bilsin ki, “Rüfət Səfərova azadlıq!” şüarı altında müstəqil insanlar –
ziyalılar, hüquqşünaslar, mütərəqqi fikirli insanlar Rüfət Səfərovun
hüquqlarını Müdafiə Komitəsinda bir araya gələcək. Biz R.Səfərovun azadlığına
nail olana qədər bütün qanuni-hüquqi yolların hamısından bu məqsədlə istifadə
edəcəyik”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler