Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rüfet Seferovdan baş prokurora ilginc sual…

08 Ağustos 2016

9:00 pm


09/08/2016 [00:56]: xeber –
Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov sayt -a açıqlamasında ötən gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində üzləşdiyi situasiyadan ciddi təəssüf hissi keçirdiyini bildirib:”Hər halda üzərimdə qurulan prosesi məhkəmədən daha çox məzhəkəyə bənzədərdim. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində altı şahid dindirildi. Sizi inandırıram ki, həmin şəxslərin ifadələri, təkcə hüquqla deyil, məntiqlə də daban-dabana ziddiyyət təşkil edən fikirləri nəinki müdafiə tərəfində, eləcə də ittihamı irəli sürəndə və hakimlərdə gülüş doğurdu. Baxmayaraq ki, kifayət qədər ağır ittihamda təqsirləndirilirəm, amma hüququ, təqsirliliyimi istisna edən konkret halları qoyuram bir tərəfə, sadacə başda baş prokuror Zakir Qaralova və aidiyyəti prokurorluq əməkdaşlarına məsələnin insani tərəfi ilə bağlı bir sual verirəm: bu adamlar da hansısa ailənin başçısı, kiminin əri, kiminin atasıdır. Onları zorən üzə durmağa cəlb etməklə gülünc duruma salmaq, şəxsiyyətlərini alçaltmaq nəyə gərək? Axı biz hamımız azərbaycanlıyıq, bu vətənin övladlarıyıq. İnanın ki, həmin insanların utandıqlarından, qızardıqlarından hansı hala düşmələri məni son dərəcə sarsıtdı. Nə deyim, kimlərsə kimdənsə nəyinsə intiqamını almaq üçün kimlərinsə mənliyini tapdaq altına salır. Təəssüf edirəm”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler