Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rüfet Aslanov 80 min manatla merhum dostunun ailesinden el çekdi…

30 Ağustos 2016

6:00 pm


30/08/2016 [21:57]: xeber –
Bir sıra media qurumunda deputat Rüfət Quliyevin adı hallanan məhkəmə çəkişməsi tərəflərin barışıq sazişi ilə sona çatıb. R.Quliyevin vəkili Kamandar Nəsibovun Axar.az-a verdiyi məlumata görə, məhkəmə çəkişməsinə səbəb millət vəkilinin oğlu Toğrul Rüstəmzadənin 2011-ci ildə atasının dostu Namiq Rahib oğlu Səfərova birgə biznes fəaliyyəti ilə məşğul olmaq məqsədilə küllü miqdarda pul verməsi olub. Belə ki, Toğrul Rüstəmzadə özü daim xaricdə yaşayıb-işlədiyindən, pul vəsaitlərini atası vasitəsilə Namiq Səfərova verib. Amma aradan uzun müddət keçməsinə baxmayaraq, Namiq Səfərov biznes fəaliyyətini qura bilməyib və 2015-ci ilin mart ayında dünyasını dəyişib. Mərhumun varisi olan həyat yoldaşı Səfərova Nurana Mirzəli qızı isə borcun qaytarılmasından imtina etdiyindən, məhkəməyə müraciət edilib. Məhkəmə prosesi zamanı Nurana Səfərova mərhum həyat yoldaşı Namiq Səfərovun Toğrul Rüstəmzadə ilə çoxsaylı elektron yazışmalarını oxuyandan sonra ərinin həqiqətən də Toğrul Rüstəmzadəyə böyük məbləğdə pul borcu olduğunu etiraf edib və bu məbləğdən cəmi 80 (səksən) min ABŞ dollarını ödəmək imkanında olduğunu bildirib. Mərhum N.Səfərovun ailəsinin düşdüyü ağır maddi durumu və milli mentaliteti nəzərə alan T. Rüstəmzadə humanistlik göstərərək bu az məbləğlə razılaşıb. Bununla da tərəflər arasında barışıq tam şəkildə bərpa olunub və məhkəmə çəkişməsi bitib. Tərəflərin barışıq sazişini nəzərə alan məhkəmə mülki iş üzrə icraata xitam verib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler