Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rüfet Aslanlının xalqla birge yemekden boyun qaçırdığı “acı meyveler”in FƏSADI…

02 Kasım 2016

6:56 am


02/11/2016 [10:55]: xeber –
Qarabağ boyda dərdimiz bankların məmləkət insanının üzərinə hücum çəkdiyi “səlib yürüşü” səbəbindən yaxşıca unutdurulub. İndi vətəndaş nəinki işğal altında inildəyən torpaqlarının, hətta özünün və ailə üzvlərinin çeşidli sosial ehtiyaclarını ödəmək haqqında deyil, az qala əlində balta qapısının ağzını kəsdirmiş bank görəvlilərinin “Bəxtiyar” filmindəkindən də betər “pulumu verin” bağırtısına hansı cavabı verəcəyi, qələt edib hanısa ehtiyacını ödəməsi üçün bankdan götürdüyü “zəhrimar”ı qaytarmağın qayğısının əzablı psixoloji yükü altında sözün həqiqi mənasında can verir. Yeri gəlmişkən, gerçəkdən də son iki il ərzində yaşanan zəlzələ effektli iki devalvasiyadan sonra “kredit” sözü “zəhrimar”a dönüb və milyonlarla vətəndaşımız hər gün bu bəlanın fəsadlarını həyatında yaşayır. Bəla burasındadır ki, indi kredit verən də peşman, alan da. Baş verənlərə görə əslində təkcə bankları qınamaq və bütün bu xaosun yeganə baiskarı rolunda bank boslarını çarmıxa çəkmək insafsızlıq olardı. Eldar Mahmudov olayları göstərdi ki, banklar vətəndaşlara əlyandıran faizlərlə verdiyi kreditin qazancını bu cinayətkar şəbəkəyə xərac kimi ödəyirmiş və bu qaydalara boyun əyməyənləri ya dəhşətli mənəvi-psixoloji işgəncə, ya da “Texnikabank”ın rəhbəri kimi həbsxana gözləyirmiş. Etiraf edilməlidir ki, bu gün ölkə çox çətin sınaqlar qarşısındadır və iqtisadiyyatın qan-damar sistemi hesab olunan bank-maliyyə sektorundakı rüsvayçılıq hökümətdən təxirəsalınmaz tədbirlər görülməsini tələb edir. Amma baş verənləri müşahidə edərkən bütövlükdə hökumətin və onun ayrı-ayrı strukturlarının ən yaxşı halda proseslərin arxasınca sürünməsindən başqa kəsərli önləyici tədbirlərin alınmasını görmək mümkün deyil. Əslində hər şey bütün çılpaqlığı ilə ortada olduğuna görə hökumətin acizliyini qiymətləndirmək üçün heç iqtisadçı olmağa da gərək yox. Yəni son dövrlər bir sıra qurumlar yaradılmasına baxmayaraq bütün bu tədbirlərin real nəticələrini bank qapılarında cəhənnəm yaşayan vətəndaş hiss etmirsə, əksinə, vəziyyət ötən hər gün daha da acınacaqlı və dözülməz həddə dorğu istiqamətlənibsə, o zaman səlahiyyətlilərin acizliyini iddia etmək üçün hər cür əsasların olduğu üzə çıxır. Yeri gəlmişkən, ötən gün Dövlət İqtisad Universitetinin ölkənin iki bankına borcu olan əməkdaşının telekanalların birində fəryad etməsi bu yazının yazılmasına rəvac verib və nəzərə alsaq ki, təkcə sayta üz tutaraq imdad diləyən, bankların az qala quldurcasına onların təqaüdlərinə, maaşlarına, daşınar-daşınmaz əmlaklarına əl qoyaraq yağmalamasına qarşı bizdən dəstək istəyən yüzlərlə vətəndaşımız onlara intihardan başqa bir yol buraxılmadığından fəryad edirlər, o zaman bizim də həyəcan təbili çalaraq bu sahədəki xaosu aradan qaldırmaq üçün prezident İlham Əliyev tərəfindən görəvləndirilən məsil şəxslərin mağmınlığından, fəaliyyətlərinin nəticəsizliyindən danışmaq haqqımız var. Həmin qadın əməkdaş deyir ki, maaşının yarısı bir məhkəmə qətnaməsi ilə banklardan birinə, digəri isə qətnaməsiz-filansız o biri bank tərəfindən ələ keçirildiyindən qapa qəpiksiz qalıb. Elə buradaca xoruzun quyruğu görsənir. Əcəba, bu cür çeşidli problemlər varsa bəs o zaman sual olunur ki, adı Maliyyə Bazarlarına Nəzarət Palatası olsa da əslində nə iş gördüyü bilinməyən bir qurum hara nəzarət edir? Axı ötən ilin 10 martında prezident fərmanı ilə yaradılan bu qurumun nizamnaməsində deyilir ki, “Palatanın əsas məqsədi Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır”. Gəlin görək ötən 8 ayda bu qurum kimlərin hüququnu qoruya bildi, yaxud bildimi? Nə maliyyə bazarının səmərəli fəaliyyəti və dayanıqlığı təmin olundu, nə də kreditorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqları qorundu. Əvəzində nə baş verdi? Prezident İlham Əliyevin tapşırığının və siyasi iradəsinin əksinə olaraq bankların birləşərək likvidliyi genişlənən iri banklara çevrilməsi əvəzinə ucdantutma bağlanaraq müflis edilməsi, on minlərlə vətəndaşın depozitlərinin batmasını “qanuni yolla” həyata keçirdilər. Üstəlik, bu gün cəmiyyəti düşündürən ən vacib sualın cavabı açıq qaldı – devalvasiyanın gətirdiyi acı meyvələri millətlə birgə yeməkdən hiyləgərcəsinə boyun qaçırdılar – tanınmış iqtisadçı alimlərin, millət vəkillərinin təklif etdiyi kimi hökumətlə banklar borcalanla birlikdə ziyanın üçlü olaraq qarşılanmasından imtina etdilər. Bu hələ harasıdır, iqtisadçı millət vəkilləri, keçmiş baş nazir səlahiyyətlərini icra edən, keçmiş baş nazirin birinci müavini olan, təcrübələri Palatının Direktorlar Şurasının sədri Rüfət Aslanlının yaşı qədər olan Əli Məsimli və Vahid Əhmədovun olduqca unikal təkliflərinin nəzərə alınmaması bir yana, bu təkliflərin qanunun tələblərinə uyğun olaraq vaxtında cavablandırılmasına ehtiyac duyulmadı. Elə bu münasibətin özü bu palatanın səmimiliyi və məsələlərə yanaşma tərzi haqqında fikir yürütmək üçün yetərli oldu. Təbii ki, kimsə burada Rüfət Aslanlını hədəfə gətirmək fikrində deyil və onun bu sahənin peşəkarlarındasn olub-olmadığı barədə də stres-test keçirmək niyyətimiz yoxdur. Amma prezidentin bu sahədəki rəzaləti aradan qaldırmaq üçün yaratdığı və hər cür səlahiyyət verdiyi qurum bankları bağlamaqla, bank kreditlərini ödəyə bilməyən vətandaşın məşəqqətlərini görməzdən gəlməklə  işini bitmiş hesab edirsə, çox ciddi yanılır və gerçəkdən intəhasız səlahiyyətlər əldə etsə də hələ ki, öz funksiyalarını doğru-dürüst anlamayan Palata rəhbərliyi təxirəsalınmaz tədbirlər görülməsə, ölkənin bank-maliyyə sistemini bürümüş bu sarmaşıq təmizlənməsə vəziyyət daha da gərginləşəcək və baş verənlərin əsas baiskarı Maliyyə Bazarlarına Nəzarət Palatası olacaq. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler