Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rrahibelerin şeklini paylaşdı – “Facebook” hesabını dondurdu

20 Ağustos 2016

10:48 am


20/08/2016 [14:48]: xeber –
 sayt xəbər verir ki, Fransada  hicabın qadağan edilməsinə qarşı çıxan rahibələr dənizə girib. İmam İzzəddin adlı feysbuk istifadəçisi heç bir şərh yazmadan bağlı geyimli və başıbağlı dənizə girən 7 rahibənin şəklini feysbukda paylaşıb. İzzeddin Elzir İtaliya İslam İcmalar Birliyinin sədridir. Onun paylaşdığı şəkillər qısa müddət ərzində 2 mindən çox paylaşılıb, yüzlərlə istifadəçi tərəfindən bəyənilib.Buna görə də feysbuk rəhbərliyi İmam İzzəddinin feysbuk hesabını dondurub.  “Facebook” rəhbərliyi isə bu addımını şəkillərlə yox,  hesabın saxta olması ilə bağlı edilən şikayətlərlərlə əsaslandırıb.  Qeyd edək ki, istifadəçinin hesabı bir gün sonra açılıb. O, hesabının dondurulması barədə xəbərdarlıq gəldiyini, lakin paylaşdığı şəklin buna əsas vermədiyini dilə gətirib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler