Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rövşenin xetti Qaçaq Nebinin, Robin Qudun xettine daha yaxındır”

26 Ağustos 2016

4:00 pm


26/08/2016 [19:55]: xeber –
Türkiyədə qətlə yetirilən Rövşən Lənkəranskinin ölümü bu gün də ölkə
gündəminin ən çox müzakirə edilən məsələlərindən biridir. Rövşənin ölümünə
münasibət bildirən bəzi millət vəkilləri, siyasilər, hüquqşünaslar onu gənc nəslə
nümunə kimi təqdim edir ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır.

Maraqlıdır, R.Lənkəranskinin millət vəkilləri tərəfindən gənc nəslə
nümunə kimi təqdim edilməsi nə dərəcədə doğrudur? Bu, Azərbaycanda hüququn faciəsi
kimi dəyərləndirilə bilərmi?

Məsələ ilə bağlı sayt-a açıqlama verən tanınmış hüquqşünas
Əyyub Kərimov R.Lənkəranskinin xeyirxahlığını qiymətləndirsə də, onun əfsanələşdirilməsini
doğru hesab etmədiyini vurğuladı:“Mən millət vəkillərinin məlum mövqeyini dəstəkləmirəm. Allah bütün
dünyasını dəyişənlərə rəhmət eləsin. R.Lənkəranskini bir çoxları oğru
dünyasının əlçatmaz, əfsanəvi nümayəndəsi kimi təqdim edir. Təbii, oğru
dünyasının öz qanunları var. Amma deyilənlərə, mətbuatın yazdığına görə, R.Lənkəranskinin
özü tutduğu bu yolu təqdir etməyib. Bildirib ki, atamın qatilini öldürməsəydim,
bəlkə də başqa bir mövqeyə, başqa bir həyata sahib olardım. Əgər R.Lənkəranski özü
keçdiyi yolun arzuedilməz olduğunu deyirsə, bu halda millət vəkillərinin onu
kimlərəsə nümunə göstərməsi absurddur. Bu məsələnin bir tərəfi.

İkincisi, oğru dünyası ona deyilir ki, bu dünyada təmsil olunanların
həyatı oğurluqla bağlıdır. Ona görə onlara “qanuni oğru” deyirlər. Rövşən hansı
oğurluğu edib? Adam öldürməklə, digər məsələlər bağlı həbsxanalarda o qədər
insan yatır ki… Onların hamısına qanuni oğru demirlər ki? Qanuni oğru o adama
deyilir ki, o, oğurluq sahəsində məşhur adamlardan biridir. Onların 80-ci illərə
qədər öz qanunları olub. Hansı ki, 90-cı illərdə fərqli qanunlar meydana çıxdı.

Lənkəranskini əfsanəvi qanuni oğru kimi yox, kriminal dünyada müəyyən
nüfuza malik bir şəxs kimi dəyərləndirmək daha doğrudur. O, müəyyən şəxslərin
müdafiəsində durmağı bacaran, kimlərəsi himayə etməyə qadir olan bir şəxs olub.
Onun fəaliyyəti, yaşam xətti Qaçaq Nəbi, Koroğlu, Robin Qud kimi xəttə daha çox
uyğun gəlir. Lakin oğru dünyası başqa şeydir.

Rövşən bir insan kimi çox adamlara əl tutub. Onlara kömək edib. Çalışıb
ki, haqqı nahaqqa verməsin. Lakin hər xeyirxah, başqalarına yardım edən şəxsə
qanuni oğru deyilmir ki? Hacı Zeynalabdin Tağıyev də çoxlarına əl tutub. Onda gərək
Tağıyevi də qanuni oğru adlandıraq? Rövşən sadə vətəndaşlara çox kömək edib və
insanların ona olan hörməti də daha çox bununla bağlıdır. Kiməsə kömək etmək
üçün hökmən qanuni oğru olmaq şərt deyil. Belə bir məcburiyyət yoxdur. Odur ki,
biz Rövşənin xeyirxahlığını, qorxmazlığını, kriminal aləmdəki nüfuzunu qeyd etməklə
yanaşı, bildirməliyik ki, onun qanuni oğru kimi şişirdilməsi, gənc nəslə nümunə
göstərilməsi düzgün deyil.  Bir daha qeyd
edirəm ki, bir halda ki, o, özü-öz həyatını nümunəvi hesab etməyib, bizim onu
nümunəvi adlandırmağımız doğru deyil”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler