Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rövşenin qetlinde “Ded Xasan” izi

19 Ağustos 2016

10:28 am


19/08/2016 [14:26]: xeber –
Xəbər verdiyimiz kimi, dünən Türkiyənin İstanbul şəhərində azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski qətlə yetirilib. Son zamanlar oğru aləmində nüfuzu durmadan artan soydaşımız 2013-cü ildən etibarən daimi olaraq Türkiyədə yaşamağa başlayıb. sayta daxil olan məlumata görə, Rövşən bunu təhlükəsizliyi üçün edirmiş. Belə ki, 2013-cü ilin yanvar ayında qətlə yetirilən “qanuni oğru”  “Ded Xasan”ın qətlinin əsas sifarişçisi Rövşən Lənkəranski hesab olunurdu. “Ded Xasan” isə öz növbəsində bütün qanuni oğruların böyük qardaşı hesab olunan mərhum “Yaponçik”in “varisi” idi. Əslən kürd olan “Ded Xasan”ın bu statusunu əksər oğrular qəbul etsə də, Rövşən Lənkəranski  buna qarşı olub. Həmyerlimiz bilə-bilə çox böyük nüfuza və gücə malik olan “Ded Xasan”ın üzərinə gedib. Nəticədə də onun oğru aləmində nüfuzu birə beş artıb. Tərəflər arasında gedən qarşıdurma “Ded Xasan”ın 2013-cü ildə qətli ilə nətəcələnmişdi. Həmin dövrdə kürd əsilli kriminal avtoritetin yaxınları “Ded Xasan”ın qanının alınacağı haqda söz vermişdilər. Göründüyü kimi Dünən Rövşən Lənkəranski qətlə yetirildi. Qeyd edək ki, Ded Xasanın ölümündən sonra Rövşən Lənkəranski qətlin sifarişçisi olduğu barədə heç bir açıqlama verməmişdi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler